karantin post

Novruz bayramı ilə əlaqədar 1 həftə qeyri-iş günü olacaq.

Nazirlər kabinetinin qərarına əsasən, martın 20, 21, 22, 23, 24-ü Novruz bayramıdır.

Əmək Məcəlləsinə görə, martın 20-si və 21-i istirahət günlərinə düşdüyündən 25 və 26-sı da bayram günü hesab olunur. Martın 27-si və 28-i isə həftəsonuna təsadüf edilir.

Bu günlərdə rayonlara gedən insanların sayında da artım olacağı istisna deyil. Hazırda da rayonlararası avtobuslar işləmir. Rayona getmək istəyənlər 2 qat baha qiymətə taksilərlə və ya şəxsi avtomobilləri ilə gedə bilərlər.

Bəs bayram günlərində rayonlara avtobusların açılması gözlənilirmi?

Bu barədə Cebhe.info-ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, onlar da Operativ Qərargahın qəbul edəcəyi qərarı gözləyirlər. Bu haqda məlumat olduqda mütləq paylaşılacaq.