Mayın 17-dən sonra cəmi 21 gün dərs olacaq

758340df4407951a807c1fa199ff817e
 
Artıq 3-cü dalğa sönür, ənənəvi tədrisin bərpası gözlənilən idi
Təhsil Nazirliyi Kollegiyasının müvafiq qərarına əsasən, Bakı, Sumqayıt, Gəncə və Şəki şəhərlərinin, Abşeron rayonunun ərazisində yerləşən ümumi və məktəbdənkənar təhsil müəssisələrində 17 may 2021-ci il tarixindən əyani tədris forması qismən bərpa ediləcək.
Təhsil eksperti Kamran Əsədov "Şərq"ə açıqlamasında qeyd edib ki, orta ümumtəhsil məktəblərində tədrisin yenidən bərpası gözlənilən idi. O qeyd edib ki, çünki artıq ölkəmizdə koronavirusa yoluxma sayında müəyyən qədər azalma müşahidə olunmaqdadır:
"Hətta biz proqnozlaşdırırdıq ki, məktəblərin açılması daha erkən ola bilər. Belə ki, bizim proqnozumuzda aprel ayının 26-dan tədrisin bərpası mümkün idi. Çünki Azərbaycanda koronavirusun üçüncü dalğası demək olar ki, başa çatmaq üzrədir. Digər tərəfdən nəzərə alsaq ki, artıq vaksinasiya prosesinə orta ümumtəhsil məktəblərində çalışan müəllimlər və texniki işçilərin böyük faizi qoşulub. Digər tərəfdən isə sevindirici haldır ki, ölkədə pandemiya qaydalarına uyğun olaraq davranış artıq hər kəs tərəfindən mənimsənilib. Qeyd edim ki, may ayının 17-də ölkənin Bakı, Abşeron, Sumqayıt, Gəncə və Şəki məktəblərində tədris bərpa ediləcək. Yəni ibtidai siniflər yenidən həftədə 3 dəfə, digər yuxarı siniflər isə həftədə iki dəfə məktəbə gedəcəklər. Eyni zamanda bu, məktəbəqədər hazırlıq qruplarına da aiddir".
K.Əsədov qeyd edib ki, may ayının 17-dən etibarən tədrisin qismən bərpasının əsas məqsədi ikinci yarımil və il üzrə summativ qiymətləndirmənin həyata keçirilməsidir:
"Məlum olduğu kimi, distant formada qiymətləndirmənin həyata keçirilməsində bir sıra problemlər ortaya çıxırdı. Məsələn, bir çox şagirdlər alətlər olmadığına görə qiymətləndirmədə iştirak edə bilmirdilərsə, digər qism isə kənar müdaxilələrlə bu qiymətləndirmədə iştirak edirdilər. Bu da təbii ki, obyektiv olmurdu. Qeyd edim ki, may ayının 17-dən etibarən şagirdlərimiz cəmi 21 gün məktəbə gedəcəklər. Digər tərəfdən bir maraqlı məqamı da qeyd edim ki, 17 maydan tədrisin bərpası o demək deyil ki, həmin məktəb bağlana bilməz. Təbii ki, yenə də hansısa məktəbdə şagirdlər və müəllimlər arasında yoluxma halları müşahidə olunacaqsa, həmin məktəblər müəyyən müddətə yenidən qapanmaya gedəcəklər. Mən çox ümidliyəm ki, bu il tədris prosesi son zənglə yekunlaşacaq".
Ali təhsil müəssisələrində tədrisin bərpasına gəlincə, təhsil eksperti vurğulayıb ki, bu təhsil müəssisələrdə tədrisin ənənəvi bərpası gözlənilmir:
"Xatırladım ki, fevral ayının 1-dən etibarən laboratoriya işi tələb edən, eyni zamanda birbaşa yanaşma tələb edən fənlər onsuz da bərpa edilib. Yəni ali təhsil müəssisələri və orta ixtisas təhsil müəssisələrində yalnız praktik iş tələb edən ixtisaslarda və fakültələrdə tədris bərpa edilib. Digərlərində isə hələlik hər hansı bərpa həyata keçirilməyib".
 
 
araz.az

Müəllimlərin iş yerinin dəyişdirilməsinə başlanılır

1619869457 1619867817 002 27.07.2018 1

Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə start verilir.

Nazirlikdən bildirilib ki, müsabiqənin elektron sənəd qəbulu 5-16 may tarixlərində keçiriləcək.

Müsabiqədə iştirak etmək istəyən müəllimlər www.miq.edu.az/yerdeyishme linkinə daxil olaraq müraciət edə bilərlər. Eyni zamanda, namizədlər müəllimlərin işə qəbulu üzrə müsabiqədə və ya diaqnostik qiymətləndirilmədə iki və ya daha çox sayda iştirak ediblərsə, onların üstünlük verdikləri balla müsabiqəyə qatılmaq hüququ var.

Müsabiqə zamanı "Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi qaydaları"nda qeyd olunan sosial amillər nəzərə alınaraq namizədlərin topladıqları bal artım əmsalına vurulacaq.

araz.az

Diqqət! Azərbaycanda aprelin 15-dən...

bakiyeni

Aprelin 15-də Gəncə şəhərinin Kəpəz rayonunda, Ağdam, Hacıqabul, İsmayıllı, Qax, Qazax, Siyəzən,Tərtər, Xızı, rayonlarında, Lənkəran və Şirvan şəhərlərində, aprelin 16-da isə Bakı şəhərinin Binəqədi, Nizami, Səbail, Suraxanı rayonlarında, Gəncə şəhərinin Nizami rayonunda, Ağcabədi, Ağstafa, Astara, Oğuz, Şamaxı, Saatlı rayonlarında və Sumqayıt şəhərində Dövlət İmtahan Mərkəzi tərəfindən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçiriləcək.

araz.az bildirir ki, bu barədə Dövlət İmtahan Mərkəzndən verilən məlumata görə, buraxılış imtahanında iştirak edəcək şagirdlər  https://www.e-gov.az/az/services/read/2516/0?tqdk_xdm=46 linkindən istifadə etməklə özlərinin imtahana buraxılış vərəqəsini, təhsil müəssisələri isə bütün şagirdlərin imtahana buraxılış vərəqələrini çap edə bilərlər. Şagirdlər iş nömrəsini təhsil aldıqları məktəbdən öyrənə bilərlər.

Şagirdlər buraxılış vərəqəsi ilə bir yerdə “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni də çap edirlər. Bəyannamə ayrıca vərəqdə çap edilməlidir və imtahan günü şagird tərəfindən imzalanmaqla imtahan nəzarətçisinə təqdim edilməlidir.

Buraxılış vərəqəsini çap etmək üçün kompüterə Adobe Reader proqramı quraşdırılmalıdır və brauzerin “Pop-up blocked” sahəsindən qeyd işarəsi götürülməlidir. Şəxsiyyəti təsdiq edən sənədində şəkli olmayan şagirdlər buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı DİM-in saytından yükləyə bilərlər.

 

 

araz.az

Diplomlarının tanınmasından imtina edilən xarici universitetlərin SİYAHISI

TIKA5Təhsildə Keyfiyyət Təminatı Agentliyi diplomlarının tanınmasından imtina verilən xarici ali təhsil müəssisələrinin siyahısını açıqlayıb.

Agentlikdən verilən məlumata görə, 10 universitetin 851 halda diplomuna imtina verilib.

Diplomlarına imtina verilən universitetlər Regionlararası Heyətin İdarəolunması Akademiyası, Simon Kuznets adına Xarkov Milli İqtisad Universiteti, İvanovo Dövlət Universiteti, Ukrayna Dövlət Dəmiryol Nəqliyyatı Akademiyası, V.N.Karazin adına Xarkov Milli Universiteti, Dağıstan Dövlət Pedaqoji Universiteti, Poltava İqtisadiyyat və Ticarət Universiteti, Tbilisi Açıq Tədris Universiteti, Avropa Universiteti və Gürcüstan Texniki Universitetidir.

Ali təhsil müəssisəsi

İmtina sayı

Regionlararası Heyətin İdarəolunması Akademiyası

152

Simon Kuznets adına Xarkov Milli İqtisad Universiteti

103

İvanovo Dövlət Universiteti

101

Ukrayna Dövlət Dəmiryol Nəqliyyatı Akademiyası

101

V.N.Karazin adına Xarkov Milli Universiteti

76

Dağıstan Dövlət Pedaqoji Universiteti

68

Poltava İqtisadiyyat və Ticarət Universiteti

68

Tbilisi Açıq Tədris Universiteti

64

Avropa Universiteti

60

Gürcüstan Texniki Universiteti

58

Cəm

851

Gömrük Akademiyasında “İlk tibbi yardım” mövzusunda təlim keçirilib

logo DGKADövlət Gömrük Komitəsi sisteminə daxil olan gömrük orqanlarının vəzifəli şəxslərinin peşə və ixtisas biliklərini artırmaq və onların peşəkarlıq səviyyəsinin yüksəldilməsini təmin etmək məqsədilə gömrük sərhəd buraxılış məntəqələrinin əməkdaşları üçün Dövlət Gömrük Komitəsinin Akademiyasında “İlk tibbi yardım” mövzusunda təlim keçirilib.

1 -dən səhifə 37

Əlaqəli xəbərlər