Müdafiə Nazirliyi məlumat yaydı – VİDEO

muda1

Azərbaycan Müdafiə Nazirliyi 44 günlük Vətən müharibəsində Hərbi Hava Qüvvələrinin məhv etdiyi düşmən hədəflərinin növbəti görüntülərini yayıb.

araz.az həmin görüntüləri təqdim edir.

 

 

araz.az

Rusiyanın kimyəvi və bioloji silahlardan, radioaktiv maddələrdən istifadə edə biləcəyi ehtimalı getdikcə daha da yüksəlir

WhatsApp Image 2021 05 07 at 02.47.06

Bəs, vəziyyətin narahatçılıq doğuran başlıca səbəbləri nədən xəbər verir?!

44 günlük Vətən Müharibəsinin nəticəsi, ötən ilin dekabr ayının 10-da Bakıda Qələbə Paradı, üstəlik paytaxtda açılışı olan “Hərbi Qənimətlər Parkı” və burada nümayiş etdirilən, daha doğrusu, Azərbaycan şəhərlərinə atılmış nüvə başlığı daşıya bilən ballistik raketlərin partlamamış acı sonluğu birmənalı olaraq sübut edir ki, dünyanı qorxu içində saxlayan rus silahı və rus hərbi sənayesi ötən XX əsrə aid tarixi hərbi eksponatlardır. Konkret desək, dünyaya sırınmış saysız-hesabsız "nüfuzlu" rus silahlarının hər birinin özündə, qorxunc adlarından başqa, heç bir gücü qalmayıb; Artıq, XXI əsrdə o nəhəng və qorxunc adları daşıyan rus silahları, müasir texnoloji silahlar qarşısında, qara metal yığnağından başqa bir şey deyil. Və Azərbaycanın 44 günlük müharibədə qazandığı qələbə, həm də, rus silahının üzərindəki möhtəşəm qələbədir. O qələbə ki, dünya hərb sənayesinə, hərb elminə yeni baxış və yanaşma gətirdi.
Bir sözlə, bu gün Rusiyanın müasir dövrün tələblərinə uyğun real silah sənayesi və texnologiyası yoxdur. Elə, müharibədə Ermənistanın ağır məğlubiyyəti nümunəsi, Rusiyanın öz silahı və sənayesi ilə, azı 30 -- 50 il geridə qaldığını açıb göstərdi. İnkarı mümkünsüz dəqiq faktdır ki, Azərbaycan 44 günlük müharibədə, faktiki olaraq, erməni sifətində Rusiya ilə qarşı-qarşıya gəlmişdi. Elə, “İsgəndər -- M”lə bağlı məsələ də, bu qənaətimin təsdiqi olan bir çox sübutlardandır. Bəli, desək ki, Rusiya öz hərb sənayesinin və silahlarının müasir dövrə uyğunsuzluğundan xəbərsiz olub -- yanılarıq! Bu yerdə, əvvəla bir həqiqəti qeyd etmək lazımdır ki, bu gün Rusiyanın nüvə silahından başqa arxalandığı heç bir gücü yoxdur. Bunun əyani bir sübutu da odur ki, Rusiya, həmişə, Birləşmiş Millətlər Təşkilatının (BMT-nin) 1945-ci ilin oktyabrında yaradılmış Təhlükəsizlik Şurasının (TŞ-nin) nüvə silahına malik beş üzvünün (Çin, Fransa, Rusiya, Böyük Britaniya, ABŞ) sırasında, eləcə də, TŞ-nın strukturunda islahatlara qarşı çıxan ölkə kimi tanınıb. Təbii ki, Rusiyanın bunda əsas məqsədi, ayaqlaşa bilmədiyi müasir dövrün güc balansında və siyasi arenasında öz yerini, mövqeyini qoruyub saxlamaqdan ibarət olub.
SSRİ-nın varisi kimi nüvə silahına yiyələnən Rusiya, nüvə silahını da özü icad etməyib. Məlumdur ki, SSRİ nüvə silahının texnologiyasını ABŞ-dan casusluq yoluyla əldə edib: O zaman ki, hələ 6 və 9 avqust 1945-ci il idi və elə, onda da, ABŞ Yaponiyanın Hirosima və Naqasaki şəhərlərinə dünyada ilk olaraq bəşəriyyəti lərzəyə gətirən atom bombasını atmışdı. SSRİ isə, nüvə silahının -- atom bombasının uğurlu sınağını 1949-cu ilin avqust ayının 29-da keçirə bilmişdi. 1945-ci ildən bu yana isə, ümumən götürdükdə, insan sivilizasiyasını məhv edə biləcək atom bombası silah kimi tətbiq edilməyib. Bundan sonra, Rusiyanın bu silahdan istifadə edəcəyi o qədər də inandırıcı görünmür. Ancaq, faktiki olaraq, nüvə silahı ilə çarəsiz qaldığı və ya müasir dövrün silah texnologiyası ilə ayaqlaşa bilmədiyi üçün, Rusiyanın, siyasi və hərbi durumuna görə, yalnız kimyəvi və bioloji silahlardan, eləcə də radioaktiv maddələrdən istifadə edə biləcəyi ehtimalı getdikcə daha da yüksəlir. Bu ehtimalın əsaslı olmasına sübut olaraq, 2020-ci ilin dekabr ayında Britaniya müdafiə nazirinin, Rusiyanın bu ölkənin küçələrində kimyəvi silah hücumu ilə, minlərlə insanı öldürə biləcəyi barədə açıqlamasını misal göstərmək kifayətdir.
Yeri gəlmişkən, onu qeyd etmək istərdim ki, Rusiyanın bu praktikadan hələlik fərdi şəxslərə, məsələn, Putinə müxalif mövqedə olan Boris Brezovskiyə, sabiq rus agentləri Aleksandr Litvinenkoya, Sergey Skripala və onun qızı Yuliaya, müxalifətçi Aleksey Navalnıya... qarşı istifadə etdiyi əsaslı güman edilir. Suriyada Rusiyanın dəstəklədiyi Bəşər Əsəd rejiminin kimyəvi və bioloji silahdan istifadə tarixçəsi də, məhz Rusiyanın adı ilə bağlıdır. Odur ki, ayaqlaşa bilmədiyi müasir silah texnologiyasından xeyli geri qaldığından, dünyada itirməkdə olduğu nüfuz və mövqeyinin bərpası üçün, Rusiyanın kimyəvi və bioloji silahlardan, eləcə də radioaktiv maddələrdən geniş istifadə ehtimalı real görünür. Odur ki, Rusiyanın ölkəmizin ayrı-ayrı yerlərində, daha çox Qarabağda Azərbaycana qarşı bu son vasitədən də istifadə edəcəyinin mümkün olma ehtimalı çox olduğundan, dövlət səviyyəsində ehtiyat heç vaxt əldən buraxılmamalıdır.
Ermənistan da, Azərbaycanı dəfələrlə nüvə silahı ilə hədələyib. Bu ciddi məsələ, hətta Avropa Şurasında da müzakirə predmetinə çevrilib. Hətta 44 günlük müharibədən öncə -- 30 iyul, 2020-ci il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Beynəlxalq Əməkdaşlıq Şöbəsinin müdiri Emin Qarabağlı Ermənistanın Metsamor AES-nin tullantılarının Azərbaycanın işğal olunmuş ərazilərində basdırıldığını bəyan edib.
Təbii ki, Azərbaycanın Milli Ordusu da, illər öncədən həm kimyəvi hücumdan müdafiə, həm də kimyəvi və bioloji silahların zərərsizləşdirilməsi ilə bağlı davamlı təlimlər keçirir. Bu ilin may ayının 3-dən isə, ordumuz radiasiya, kimyəvi və bakterioloji mühafizə bölmələrinin döyüş hazırlıqlarının yüksəldilməsi üzrə növbəti tədbirlərini reallaşdırıb. Proseslərin analizi bir daha göstərir ki, Rusiyanın və Ermənistanın Azərbaycana qarşı, xüsusən də, Qarabağda bu tip əməlləri mümkündür. Bir daha xüsusi olaraq onu demək istəyirəm ki, bu təhlükə hələ ehtimal olsa belə, dövlətimiz və xalqımız buna qarşı tam hazır olmalıdır.WhatsApp Image 2021 01 11 at 22.41.43

Vüqar DADAŞOV,
hüquqşünas, MCP SŞ-nin üzvü, Qarabağ qazisi, xüsusi olaraq araz.az xəbər portalı üçün.

Ağstafa Regional Mədəniyyət İdarəsində daha bir xoşagəlməzlik

WhatsApp Image 2021 04 04 at 13.46.15

İdarə rəisi Elbəy Əli Prezidentin “Dövlət qulluğunda fərqlənməyə görə” medalına layiq gördüyü mədəniyyət işçisini “divara dirəməkdən” çəkinmir

       Yeni mədəniyyət naziri Anar Kərimovun  əmri əsasında, özünün pis günlərini yaşayan Ağstafa Regional Mədəniyyət İdarəsinə yeni rəis təyin olunanda, bu sahənin təəssübünü çəkənlərin ilk vaxtlar gözləntiləri çox olsa da, çox təəssüflər ki, indiyədək gözlənilənlər olmayıb. Konkret desək, yeni rəis Elbəy Əlinin, hələ ki, görünən və yadda qalası xoşagələn bir fəaliyyəti ortada yoxdur. Ölkə mediasında və sosial şəbəkələrdə onun rəhbər fəaliyyətinə aid yazılanlar da, ürəkaçan deyil. Elə, araz.az-ın bu barədə olan ötən yazılarında da, Elbəy Əlinin özünü rəhbər kimi yaxşı yöndən göstərə bilmədiyi xüsusi vurğulanıb, adı yeni nazirin regional mədəniyyət idarələrinə rəis təyin etdiyi naşı kadrlar sırasında öndə çəkilib, yüksək məsuliyyət tələb edən rəis fəaliyyətindəki nöqsan və qanunsuzluqlar ciddi şəkildə tənqid olunub. araz.az-ın bu yazısı da, 35 yaşlı rəisin hədsiz haqlı narazılıqlar yaradan yarıtmaz fəaliyyəti barədədir və redaksiyaya daxil olan çoxsaylı məlumatların birinin əsasında qələmə alınıb. Bu yazıda da, xüsusi olaraq onu qeyd etmişik ki, yeni rəisin həyata keçirdiyi naşı idarəçiliyin əmələ gətirdiyi fəsadlar
Ağstafa Regional Mədəniyyət İdarəsini yeniliklərə deyil, köhnəliyə sürükləyəcək.

    Sözsüz ki, bu gün Regional Mədəniyyət İdarəsində baş verənlərin müzakirə olunmasının kifayət qədər ciddi əsasları var. Maraqlıdır ki, indiyə kimi bu idarədə yaşananlarla bağlı ölkənin bir çox nüfuzlu media qurumlarında məqalələr tirajlanır, Nazirlik rəsmləri isə susmaqda davam edirlər. O halda sual oluna bilər ki, görəsən cənab Anar Kərimovun həyata keçirdiyi idarəçiliklə bağlı verilən təlimatlar digər regional idarələrdə bir cür, Ağstafa Regional Mədəniyyət İdarəsində isə fərqli formada həyata keçirilməlidir? Məsələn, bu şəxs vəzifəsini icraasına başladıqdan az sonra, digər regional mədəniyyət idarələrindən fərqli olaraq, məhz rəhbərlik etdiyi bu idarənin sturuktur vahidlərində fərqli qaydalar tətbiq etməyə başladı. Yəni hansı şəxs ailə üzvləri eyni müəssisədə çalışırsa, həmin şəxslərdən biri ya daşıdığı vəzifəsi ilə vidalaşmalı, ya da ki, digər cəza növləri ilə üz-üzə qalmalı oldu.

    Son günlər burada daha çox müzakirə olunan, idarədə qarşıdurmanın və kütləvi narazılıqların güclənməsinə səbəb olan xoşagəlməzliklərdən biri də, Ağstafa mədəniyyətinin qurucularından olan, vaxtilə Ağstafa rayon  Mədəniyyət Mərkəzinə rəhbərlik edən, yaş həddinə görə təqaüdə çıxmasına üç il qalan Gülgün Kərim oğlu Kərimova qarşı yeni rəisin başladığı savaşdır. Bu barədə araz.az-ı məlumatlandıran mənbə bildirir ki, Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Elbəy Əli bu şəxsə qarşı əsl “səlib yürüşü”nə başlayıb və rəis müavini vəzifəsini daşıyan Gülgün Kərimovu daşıdığı vəzifəsindən uzaqlaşdırmaqda israrlıdır. Rəis bu barədə  qərar verməklə bərabər, həm də mədəniyyət sahəsində tanınan bu şəxsi, "el görkü", ştat cədvəli üzrə cəmi üç nəfərin çalışdığı Hüseyn Arif adına Ev Muzeyinə rəhbər təyin etmək istəyir. Onu da unutmaq olmaz ki, Kərimov soyadını daşıyan bu şəxsin mədəniyyətimizin inkişaf etdirilməsində xüsusi rolu olub ki, o, 21 iyun 2017-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı Sərəncam əsasında “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunur. Düşündürücü haldır ki, bu şəxsə qarşı ölkə rəhbəri səviyyəsində belə bir münasibət bəslənilir, mədəniyyət sahəsində göstərdiyi xidmətləri lazımınca qiymətləndirilir, Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Elbəy Əli isə, məhz daşıdığı vəzifəsinin imkanlarından yararlanaraq Gülgün Kərimovu “gözümçıxdıya salmaq”la məşğul olur. Əslində, bu cür yanaşmanın, belə bir münasibətin varlığı cənab Prezidentin imzaladığı Sərəncama qarşı çıxmaq deməkdir. Məsələnin diqqəti cəlb edən digər tərəfi isə ondan ibarətdir ki, idarə rəisinin bu yöndə atdığı addımlar Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən müəssisələrdə çalışanlardan tam əksəriyyətinin hiddətinə səbəb olmaqdadır. Bu da o deməkdir ki, həmin şəxsləri dövlət-hakimiyyət orqanlarından narazı salmaq, məhz Əli Elbəyin maraq dairəsinə daxil olan məsələlərdəndir.

   Yayılan söz-söhbətlərdə o da qeyd olunur ki, Regional Mədəniyyət İdarəsi rəisinin Gülgün Kərimova qarşı “qırmızı işıq” yandırmasının kökündə Əli Elbəyin bu şəxsin daşıdığı vəzifəyə, məhz özünə bağlı olan bir şəxsi təyin etməyə çalışması durur. Bundan əlavə, baş verən qarşıdurmaları, əmələ gələn narazılıqları və s. təhlil edib belə bir qənaətə də gəlmək olar ki, cənab Anar Kərimovun imzaladığı əmr əsasında Ağstafa Regional Mədəniyyət İdarəsinə rəis təyin olunan bu şəxs hər kəsə bəyan etmək istəyir ki, mən nəyi necə düşünürəmsə həmin qaydada da addım atmağa qabil olan vəzifə sahibiyəm. Əslində vəzifə sahibi olan şəxs belə bir addımları ilə deyil, məhz əldə etdiyi uğurları ilə öyünməlidir. O halda sual oluna bilər ki, görəsən Elbəy Əli Regional Mədəniyyət İdarəsində vəzifəsinin icraasına başladığı gündən indiyə kimi hansı uğurlara imza atıb, yaxud da atıbmı? Kimin bu haqda hansı məlumatı var? Məlumatı olan hər kəs gözəl bilir ki, bu şəxs rəhbərlik etdiyi sahədə çoxsaylı qarşıdurmalar, narazılıqlar və s. yaratmaqla, indiyə kimi bu yöndə hədsiz uğurlara imza atıb. Konkret desək,
Azərbaycan üçün həssas olan belə bir dönəmdə, ortada heç nə dəyişməyib.
Mövzuya qayıdacağıq.

araz.az xəbər portalı.

Lavrovun İrəvan və Bakı səfərləri, həm İrəvan, həm də Bakı üçün yaxşı heç nə vəd etmir -- HÜQUQŞÜNAS AÇIQLAMASI

WhatsApp Image 2021 05 01 at 16.45.32

Vüqar DADAŞOV: "Lavrov İrəvana ona görə gedir ki, İrəvan Bakıya qarşı Rusiyaya sərf edən daha sərt mövqe göstərsin!"

“Azərbaycanın siyasi müstəvidə müharibəsi davam edir. Prezident İlham Əliyevin Zəngilan səfəri də, bu yöndən olan bir çox vacib məqamlardan xəbər verir. Aprelin 22-sində ölkə başçısı Azərbaycan Dövlət Televiziyasına müsahibəsində də, Zəngəzur dəhlizinin icrası barədə danışarkən: "Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik!" -- deyə, bəyan edib.
araz.az xəbər verir ki, bunu, tanınmış hüquqşünas, MCP SŞ-nin üzvü, Qarabağ qazisi Vüqar Dadaşov, Rusiya xarici işlər naziri Serqey Lavrovun İrəvana və Bakıya gözlənilən səfərinin müzakirəsi zamanı
deyib. O, xüsusi olaraq qeyd edib ki, İlham Əliyevin bu açıqlamasından sonra, onun Zəngilana səfəri, birmənalı olaraq, Zəngəzur dəhlizi ilə bağlı Azərbaycanın mövqeyinin göstəricisidir: "Heç kimə gizli deyil ki, Azərbaycan Prezidentinin açıqlamaları dünya siyasi elitası və ictimaiyyəti tərəfindən birmənalı qəbul edilir. Zəngəzur dəhlizinin açılması, eyni zamanda, Çin də daxil olmaqla, əksər dünya ölkələrinin maraqlarına uyğundur. Rusiya da bu dəhlizin açılmasında olduqca maraqlı tərəfdir. Elə, 10 noyabr 2020-ci il tarixli Bəyannamənin əsas sərtlərindən biri də, Zəngəzur və Laçın dəhlizi ilə bağlıdır. Bəyannamənin hər hansı bir bəndinin icra edilməməsi isə, hüquqi cəhətdən həmin sənədin hüquqi qüvvəsinin itirilməsinə gətirib çıxarar. Bu isə o deməkdir ki, həmin Bəyannaməyə əsasən, Azərbaycanın Qarabağ bölgəsinə yeridilən rus sülhməramlıları da, qüvvədən düşmüş həmin sənədə görə, bölgəni dərhal tərk etməlidir. Rusiya isə, nəyin bahasına olursa olsun, Zəngəzur dəhlizinin açılmasını həyata keçirməlidir ki, 10 noyabr Bəyannaməsi qüvvədə qalsın. Bu, həm də o deməkdir ki, əgər, Zəngəzur dəhlizi açılmazsa, Laçın dəhlizinin bağlanacağı təbiidir.
Bir sözlə, Rusiyanın məsuliyyət zonasından erməni hərbi birləşmələrinin çıxarılması prosesinə başlaması, həmin 10 noyabr Bəyannaməsinin ən vacib şərtidir, hansı ki, 28 apreldən həyata keçirilməyə başlanılıb. Eyni zamanda, Rusiya Ermənistanla quru əlaqəsi əldə etdiyindən, Zəngəzur dəhlizinin açılmasında, təbii ki, maraqlı tərəfdir".
Vüqar Dadaşov açıqlamasında xüsusi olaraq onu vurğulayıb ki, Zəngəzur dəhlizinin açılışından sonra, həm Ermənistanda, həm də Azərbaycanda təhlükəsiz hərəkətin təmin edilməsi, infrastrukturun qorunması baxımından, Rusiyanın regionda mövcudluğuna şərait yaradacaq: "Nəzərə alsaq ki, elə, özünün iki xalq arasında yaydığı nifrətin üzülməsi üçün, Rusiyaya xeyli müddət lazım olacaq. Elə, həmin o dövrə də, Rusiyanın regionda mövcudluğu bir siyasi tələbata çevriləcək. Rusiyanın digər dövlətlə əvəzlənməsi məsələsi isə, həyata yaşarlı deyil, bu, əsasən, erməni faktoruna söykənən məsələdir. Ermənistanda da, Zəngəzur dəhlizini ermənilər üçün nəfəs yolu kimi qiymətləndirən, üstəlik, bu dəhlizin açılışını Ermənistan iqtisadiyyatının inkişafının katalizatoru kimi dəyərləndirənlər də çoxdur. Ən vacib məsələ isə odur ki, erməni cəmiyyətində, Ermənistanın faktiki “formal müstəqilliyinin” mövcudluğunun dilə gətirilməsini milli qürura ləkə kimi görənlər, Paşinyan siyasətində bu dövlətin Rusiyadan real müstəqilliyini qazanacağına ümid edirlər. 44 günlük Qarabağ müharibəsində, Ermənistanın Azərbaycan qarşısında ağır məğlubiyyəti fonunda, Paşinyanın hakimiyyətdə qalması və hətta, Rusiyanın “İsgəndər biabırçılığı”nı ifşa edən bu Baş nazirə qarşı dövlət çevrilişi cəhdinin uğursuzluğu onu deməyə əsas verir ki, erməni cəmiyyəti onun siyasətini dəstəkləyir. Çox güman ki, Paşinyanın təyin etdiyi növbədənkənar seçkidə də, onun qələbəsini görəcəyik.
Paşinyan siyasətinin görünən əsas xətti, Rusiya zəncirindən qopmaq və faktiki suverenliyi əldə etməkdir. O ki qaldı ABŞ Prezidenti Cozef Baydenin öz çıxışında məlum “soyqırımi” ifadəsi işlətməsinə, heç bir hüquqi və siyasi qüvvəsi olmayan bu ifadə Ermənistana gözlənilən effekti vermədi. Əksinə, Ermənistanı, ABŞ-ın “soyqırımi” ifadəsinə görə, borclu vəziyyətə gətirib çıxardı. Yeri gəlmişkən, Baydenin “soyqırımı” ifadəsini səsləndirmədən öncə, Türkiyə Prezidenti Ərdoğana zəng etməsi və bu barədə məlumat verməsi, Ermənistanda, ümumən, dünya ermənilərində ona qarşı satqın baxışı yaradıb. Ardınca isə, ABŞ-ın Azərbaycana tətbiq etdiyi 907 saylı düzəlişin dondurulması, bu, bu nəhəng dövlətin ölkəmizə yeni xüsusi maraqlarının varlığından xəbər verir. Düzdür, ABŞ Zəngəzur dəhlizinin açılmasında maraqlı deyil, ancaq, Türkiyə və Azərbaycanın ABŞ üçün önəmi fonunda, bu dövlətin Zəngəzur dəhlizinin açılışına güclü mane olacağı inandırıcı deyil.
Yaxın zamanlarda, Rusiya xarici işlər naziri Lavrovun gözlənilən İrəvan və Bakı səfərləri, əsl həqiqətdə, ABŞ-ın regiona marağının artmasından irəli gəlir. ABŞ Dövlət katibi Entoni Blinkenin Azərbaycan Prezidenti İlham Əliyevə zəng etməsi və Qarabağla bağlı post müharibə dövrünə aid səmimi müzakirəsi, bunun ardınca, Dövlət katibi köməkçisinin müavini Corc Kentin Dağlıq Qarabağdakı sülhməramlıların fəaliyyətini tənqid etməsi də, Azərbaycanın maraqlarına uyğun və qaneedici mövqedir. Ancaq, görünən odur ki, Rusiya Qarabağ məsələsinin tam həllinə hər bir vəchlə mane olmağa çalışır. Elə, aprelin 26-da Rusiya Prezidenti Vladimir Putinlə Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı, onlar tərəfindən bu danışıq zamanı Qarabağla bağlı “münaqişənin həlli” kimi ifadələrinin işlədilməsi və yeni “təşəbbüslərin” səsləndirilməsi də, sözsüz ki, Qarabağ münaqişəsinin dirilməsinə, nəticədə, Rusiya və Fransa üçün yeni təsir imkanlarının yaradılmasına hesablanmışdı. Bunu da bilirik ki, postsovet respublikaları ərazisində münaqişələrin mövcudluğu ABŞ-ın oralara oturuşlu girişini əngəlləyir, Rusiyanın isə, regiona daimi təsirini qoruyub saxlayır. Odur ki, Rusiyanın və Fransanın Qarabağa dair “təmasları” Azərbaycan dövlətinin maraqlarına və Prezident İlham Əliyevin müharibənin yekununa dair elan etdiyi “münaqişə bitib” mövqeyinə qarşıdır. Buna görə də, Lavrovun İrəvana və Bakıya səfəri, həm İrəvan üçün, həm də Bakı üçün yaxşı heç nə vəd etmir. Lavrov İrəvana ona görə gedir ki, İrəvan Bakıya qarşı Rusiyaya sərf edən daha sərt mövqe göstərsin.
Artıq, bu, gizlədiləsi bir fakt da deyil ki, Ermənistanda Paşinyan hakimiyyəti, ümumiyyətlə, “Qarabağ yükündən” azad olmaq istəyir. Bu hakimiyyət Ankara və Bakı ilə həm iqtisadi, həm də siyasi əlaqələrin qurulmasında çox maraqlıdır. Məhz bu səbəbdən də, -- əvvəlki açıqlama və yazılarımda da qeyd etdiyim kimi, -- Rusiya, ümumən, Ermənistanın özünə yox, məhz Qarabağdakı separatçı rejimə “stavka” edir.”

araz.az xəbər portalı.

1 -dən səhifə 125

Əlaqəli xəbərlər