SAR rəhbəri öz təxribatçı ampluasındadır: Rusiya ən azı deməlidir - “Ara, sus!”

ara1631300176Rusiyanın müvafiq strukturları çoxdan Abramyana qarşı millətlərarası nifrətin qızışdırılması epizodları üzrə cinayət işi qaldıra bilərdilər

44 günlük Vətən müharibəsi zamanı Ermənistana qanunsuz silah tədarük etmək ittihamı ilə Azərbaycan Baş Prokurorluğu tərəfindən beynəlxalq axtarışa verilmiş Rusiya Erməniləri Birliyi (SAR) lideri Ara Abramyan Rusiyada təxribatçı fəaliyyətini davam etdirir.

SAR bir daha Rusiya qanunvericiliyini pozaraq Ara Abramyanın təşkilatın rəsmi internet saytında Qarabağ separatçılarına “kvazi-dövlətlərinin yaradılmasının 30 illiyi" münasibətilə müraciətini yerləşdirdi.

Bu müraciətdə etnik düşmənçiliyin qızışdırılmasına və Rusiya-Azərbaycan və Rusiya-Türkiyə əlaqələrinə xələl gətirməyə çağırışlar var. Müraciətdə separatçıların "Azərbaycan-Türkiyə təcavüzünü və daxili xainləri dəf edəcəkləri" ümidi belə ifadə olunur.

Abramyan həmçinin Qarabağ torpaqlarının "vahid Ermənistan dövlətinə qaytarılacağınainamını ifadə edir. "İşimiz haqq işidiryəni qələbə bizim olacaq!", - bu sözlərlə SAR rəhbəri müraciətini yekunlaşdırır.

İstəsəydilər Rusiyanın müvafiq strukturları çoxdan Ara Abramyana qarşı millətlərarası nifrətin qızışdırılması epizodları üzrə cinayət işi qaldıra bilərdilər.

Eyni zamandaAbramyanın özü də daxil olmaqlaSARn rəsmi nümayəndələri dəfələrlə Dağlıq Qarabağ münaqişəsinin Rusiya ərazisinə keçirilməsinin yolverilməz olduğunu bəyan edərəkyerli azərbaycanlıları 44 günlük müharibənin sonunda Azərbaycan bayraqları ilə avto-yürüşlər təşkil etməkdə ittiham ediblər.

İndiilk dəfə deyil kiSARn ikiüzlülüyünə və təxribatçı fəaliyyətinə yenidən əmin oluruq.

Rusiyadakı erməni diasporası nəinki Qarabağ separatçılarına dəstəyini açıq şəkildə bəyan edir, Azərbaycan hakimiyyətindən 2020-ci il noyabrın sonunda işğaldan azad edilmiş torpaqlarda saxlanılan erməni terrorçularını buraxılmasını tələb edir, həm də münaqişəni Rusiya ərazisinə köçürməyə çalışır. Rusiyadakı müvafiq strukturların hərəkətsizliyi SAR-ın təxribatçı fəaliyyətinə təkan vermir, həm də təxribatçılara cəzasızlıqlarına inam aşılayır.

Bundan əlavə, SAR rəhbəri Rusiya Prezidenti yanında Millətlərarası Münasibətlər Şurasının üzvüdür. Maraqlıdırbu status separatizmi açıq şəkildə dəstəkləyən və Rusiya kimi çoxmillətli bir dövlətdə etnik nifrəti qızışdıran Abramyanın təxribatçı fəaliyyətləri ilə nə dərəcədə uyğun gəlir?

Açıq şəkildə Abramyanı dəstəkləyən qüvvələr bu dağıdıcı mövqenin Rusiyanın milli dövlət siyasəti üçün real təhlükə yaratdığını və Azərbaycanla mehriban qonşuluq münasibətlərinə kölgə saldığını anlamırlarmı?

Təəssüf kiRusiya ermənilərinin Azərbaycanla açıq qarşıdurması Azərbaycan əsilli Rusiya vətəndaşlarının etnik ədavəti qızışdırdığına görə SAR-ı cinayət məsuliyyətinə cəlb etmək hüququna malik olduqları haldaRusiyadakı Azərbaycan diasporasının tamamilə susqunluğu ilə müşayiət edilirAncaq görünürAzərbaycan diasporası bunu vacib hesab etmirNəzərə alsaq kiiri federal diaspor təşkilatının – FNKA Azerrosun başında talış separatçısı Xanoğlan Əliyev dayanırhadisələrin nə səbəbə bu məcrada getməsini başa düşmək olar.

 Müəllif:Asif AYDINLI.

Əlaqəli xəbərlər