Müharibə iştirakçıları və şəhid ailəsinin üzvləri SOCAR-da işə götürülüb - FOTO

 AZpressAZ b1cf519b0f8a522bb9673f5a4 o

Daha 6 müharibə iştirakçısı və şəhid ailəsi üzvü SOCAR-ın Təhlükəsizlik İdarəsində işlə təmin edilib.


araz.az-ın xəbərinə görə, Vətən müharibəsi iştirakçıları Rüstəm Vahid oğlu Cabbarov, Nahid Elşən oğlu Abdullayev, Əmir Rövşən oğlu Cəfərov, Əlibəy Nadir oğlu Kamilov, eləcə də torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə canından keçən şəhid Çoban Razaddin oğlu Nurmətovun qardaşı Sənan Nurmətov və şəhid Fikrət Hikmət oğlu Zeynalovun qardaşı Mirzə Zeynallı işlə təmin olunub.


İşə yeni qəbul edilən əməkdaşlar neft mədənlərinin, boru kəmərlərinin və digər neft sənayesi obyektlərinin mühafizəsinə cəlb olunub.


Qeyd edək ki, şəhid ailəsi üzvlərinin və müharibə iştirakçılarının məşğulluğunun təminatına SOCAR-ın Təhlükəsizlik İdarəsində xüsusi diqqət yetirilir. Hazırda İdarədə 111 müharibə iştirakçısı və 9 şəhid ailəsi üzvü çalışır.

 

 

araz.az xəbər portalı.

Əlaqəli xəbərlər