Azərbaycanda sərt karantinə hazır olmalıyıq – Professordan QORXUNC XƏBƏRDARLIQ

karantin

“Delta” ştammı olduqca təhlükəlidir. 12-20 yaş arası uşaqlarda da buna rast gəlinir. Koronavirusun bu variantının gizli dövrü artıq 7 gün deyil, 3 gündür. Buna görə də xəstəlik tez aşkar olur. Artıq 98 ölkədə bu qeydə alınıb, artım və yoluxma davam edir. Qonşu ölkələrdə “Delta” ştammının təsdiqləndiyini nəzərə alaraq, müəyyən karantin tədbirlərinə hazır olmalıyıq.

Bu sözləri Publika.az-a açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla deyib.

A.Qeybullanın sözlərinə görə, “Alfa” ştammı ilə müqayisədə “Delta” variantı 1,85 dəfə daha yoluxucu hesab edilir: “Delta” ştammı “Sars-Cov-2″nin çoxsaylı mutasiyalarından biridir. Burada P-681R mutasiyası baş verir. Bu zaman səthdə olan tikanlı zülalın, buna S zülalı da deyilir, bir fraqmenti dəyişikliyə uğrayır və virus daha yoluxucu xarakter alır. Əsas əlamətlərdən bir halsızlıq, yüksək temperatur, miqren tipində baş ağrıları, boğaz ağrıları, öskürək və rinitdir”.

Professor bildirib ki, dünyada dördüncü dalğanın qarşısının alınması üçün xeyli işlər görülür: “ÜST-nin təsdiqlədiyi vaksinlər “Delta”ya qarşı öz həssaslığını saxlayır. Əgər epidemioloji vəziyyət pisləşərsə, bu vaksinklərin hətta üçüncü dozasının vurulması ehtimalı da nəzərə alına bilər. Həmçinin, karantin qaydalarının sərtləşdirilməsi də vəziyyətdən asılı olacaq. Artıq Azərbaycanla qonşu olan ölkələrdə də – Rusiyada, Gürcüstanda, Türkiyədə, İranda bu ştamm tapılıb. Hesab edirəm ki, Azərbaycan bunu nəzərə almalı və müəyyən karantin tədbirlərinə hazır olmalıyıq. Təəssüflər olsun ki, bu gün əhali arasında sanki karantinin bitdiyi düşüncəsi var. Çünki restoranlarda, ayrı-ayrı yerlərdə biz bunu müşahidə edirik. Əlbəttə, bu, yolverilməzdir. Pandemiyanın davam etdiyini unutmamalı və baş verə biləcək problemlərin qarşısını almalıyıq”.

 

araz.az xəbər portalı.

“Kritik dalğaya qarşı hazırlıqlı olmalıyıq” – Rəşad Mahmudov

karantin

“Bu gün yaxın qonşularımız Rusiya, İran, Gürcüstan və Türkiyədə “Delta” və “Delta+” virusunun tüğyan etməsi hər bir səhiyyə işçisini narahat edir. Ümumdünya Səhiyyə Təşkilatının mayın sonunda keçirilən toplantısında həyəcan təbili çalındı və dünya ölkələri hazırlıqlı olmağa dəvət edildi. Arzu edək ki, bizim ölkəmizdə pandemiya ilə bağlı vəziyyət indiki şəkildə davam etsin. Amma epidemoloji tarix və bildiklərimiz bizə diktə edir ki, belə hadisələrə hazır olmaq məsuliyyəti daşıyırıq”.

araz.azTurkistan.info-ya istinadən xəbər verir ki, bu sözləri Reyting.az-a Milli Məclisin deputatı, həkim Rəşad Mahmudov son günlər dünyada COVİD-19 virusunun yenidən fəallaşması və virusa yoluxanların artmasından danışarkən deyin.

Onun sözlərinə görə, ölkənin səhiyyə sistemi COVİD-19-un yeni dalğasına qarşı hazırlıqlar görür: “Əlbəttə, burada dövlətin gördüyü işləri müsbət qiymətləndirmək lazımdır. Ancaq həm də nəzərə alınmalıdır ki, hər şey cəmiyyətin epidemeloji vəziyyətə olan münasibətilə başlayır. Artıq ilyarımlıq təcrübə göstərir ki, dünya ölkələri bu vəziyyətdə və böyük dalğalar qarşısında ciddi qapanmalara getməyəcəklər. Ancaq bunun yerinə daha əvvəl bilinməyənləri bu gün bilirik. Cəmiyyətin hər bir üzvünün ayrı-ayrılıqda və kütləvi şəkildə bu məsələyə olan münasibəti əsas gedişata, xüsusilə virusun alovlanması zamanı hadisənin nəzarətdə saxlanılmasına kömək edən vasitədir. Odur ki, mən arzu edirəm ki, belə hallar ölkəmizdə olmasın, ancaq hər an ola biləcək dalğalara hazır olmaq məsuliyyəti daşıyırıq”.

R. Mahmudov daha bir vacib məqama toxunaraq əlavə edib ki, tibbi nöqteyi-nəzərdən bu xəstəliklə mübarizədə səhiyyə çox şeyi öyrənib: “Bir il əvvəl kömək edə bilməyəcəyimiz ağır xəstələr bu gün reanimasiyaya düşdükdə vəziyyətdən çıxarıla bilirlər. Əfsuslar olsun ki, insanlar səhiyyəyə qarşı bu inamı qazandıqdan sonra qripal şikayəti başladığı dəqiqədən və COVİD-19 diaqnozu qoyulan insan anında xəstəxanada yatmağa səy göstərir. Əlbəttə, insanlarımız belə səylər göstərə bilər, lakin bu, Azərbaycan səhiyyəsi üçün böyük fəsadlar gətirə bilər.

Biz, 90 faiz xəstəxanalara ehtiyacı olmayan insanları lazımsız yerə xəstəxanaya yatırmaqla əsl ehtiyacı olan 10 faizi – hansı ki onlara tibbi xidməti ən yüksək səviyyədə göstərmək lazımdır – yatıra bilməyəcəyimiz üçün problemlə qarşılaşa bilərik. Ona görə də, saturasiyası 90-nın altına düşməyən, ciddi ağciyər tutulması olmayan insanların xəstəxanalara yatırılması dünyada qəbul edilməyən reallıqdır. Bu, Azərbaycan tibbinin və səhiyyəsinin öz davamlığı üçün vacib məqam olduğundan onu dilə gətirməyi özümə borc bilirəm. Ümid edirəm ki, cəmiyyətimiz, xəstəxanalarımız, insanlarımız da buna əməl edərək gələcəkdə ola biləcək kritik dalğa qarşısında daha hazırlıqlı olar”.

 

araz.az xəbər portalı.

Vaksindən sonra niyə ağrılar olur? – Ramin Bayramlıdan açıqlama

ramin 3

“Vaksindən sonra mümkün ola biləcək baş, əzələ ağrıları, qızdırma və s. kimi əlamətlər əks təsir deyil, əksinə, gözlənilən nəticədir və tibbi cəhətdən bədənin vaksinə müsbət reaksiya verməsinin göstəricisidir”.

araz.az xəbər verir ki, bu barədə TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı “Twitter”də paylaşım edib.

O qeyd edib ki, vaksin istehsal edən şirkət tərəfindən peyvəndin yalnız vaksinin elementlərinə qarşı həssaslığı olan, vaksin vurulan zaman yüksək bədən hərarəti və ya xroniki xəstəliyinin kəskinləşməsi mərhələsində olan insanlara vurulması tövsiyə edilmir:

“Peyvəndin təsirinin ikinci dozanın vurulmasından təxminən 2 həftə sonra başlamasını nəzərə alaraq maska taxmağa, əl gigiyenasına və fiziki məsafəyə riayət etməyə mütləq əməl etməliyik. Çünki həmin müddətdə yuxarı tənəffüs yollarında virusu daşıya bilərik. Vaksin olunan şəxs üçün bu hal heç bir təhlükə yaratmasa da, ətrafımızda risk qrupuna aid insanlar üçün təhlükə mənbəyi ola bilərik”.  

 

araz.az xəbər portalı.

Nə üçün qarpızla yemişi birlikdə yemək olmaz?

qarpiz yemis

 

Bir çox hallarda qarpızla yemiş masaya birlikdə verilir. Lakin diyetoloqlar xəbərdarlıq edirlər ki, qarpızla yemişi birlikdə yemək olmaz.

araz.az e-saglam.az-a istinadən bildirir ki, bu köp, qarında ağrı və ağırlıq, həzm pozulmalarına səbəb ola bilər.  

Məsələ burasındadır ki, yemiş ağır məhsuldur və çətin həzm olunur. Bu səbəbdən yemişi tək qarpızla deyil, heç bir məhsulla bir yerdə yemək olmaz. Yemişi ayrı yemək lazımdır.

Həmçinin diyetoloqlar yemişi axşam vaxtı deyil, günorta vaxtı yeməyi tövsiyə edirlər.

 

araz.az xəbər portalı.

Azərbaycanda ilk dəfə beşəm doğuldu - FOTO

doquskorpe

Azərbaycanda ilk dəfə beşəm dünyaya gəlib.

araz.az Ucnoqta.az-a istinadən xəbər veir ki,dünən özəl xəstəxanalardan birində 29 yaşlı Lamiyə Mürşüdlü doğum edib.

Doğulan körpələrdən dördü oğlan, biri qızdır. Müvafiq olaraq oğlanlardan ikisinin çəkisi 1100 qr, biri 1000 qr, biri 845 qr, qız isə 1200 qr olub.
Beşəm hamiləliyin 29-cu həftəsində həkim ginekoloqlar Öndər Tulumbacı və Emin Haqverdiyevin nəzarəti altında dünyaya gəlib.

İlkin məlumata görə, hazırda ana və uşaqların vəziyyəti normaldır. /// Oxu.az

 
 
araz.az xəbər portalı.

1 -dən səhifə 45

Əlaqəli xəbərlər