Azərbaycanlı məşhurlar hansı universitetləri bitiriblər? – SİYAHI

1626449460 1626444060 untitled 1

Yerli şou-biznes nümayəndələri musiqiçi kimi fəaliyyət göstərsələr də, onların bəzilərinin ixtisasları tamamilə fərqlidir.

Sənət adamları arasında həkimlik, rejissorluq, hüquqşünaslıq, müəllimlik kimi sənətlərə yiyələnənlər var.

araz.az  baku.ws-ə istinadən fərqli ixtisaslı məşhurların siyahısını təqdim edir:

Xalq artisti Faiq Ağayev əvvəl Tibb Universitetinə daxil olub, lakin təhsilini davam etdirməyib və yarımçıq qoyub.

Daha sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Musiqili teatr aktyoru” fakültəsinə daxil olub.

O, 1993-cü ildə bu təhsil müəssisəsini fərqlənmə diplomu ilə başa vurub.

Xalq artisti Flora Kərimova Azərbaycan Dövlət Tibb Universitetinin “Müalicə işi” fakültəsini bitirib. O, 1971-ci ildə həkimlik ixtisasına yiyələnib.

Əməkdar artist Lalə Məmmədovanın ixtisası müəllimlikdir. O 1995-ci ildə Azərbaycan Dövlət Dillər Universitetinə daxil olub.

Xalq artisti Zülfiyyə Xanbabayeva 1985-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib. Onun ixtisası “Teatr rejissorluğu”dur.

Əməkdar artist Abbas Bağırov Tərtər rayonundakı Maliyyə və İqtisad kollecini bitirib. O 2000-2002-ci illərdə bu müəssisədə təhsil alıb.

Xalq artisti Röya Ayxan Bakı Dövlət Universitetini bitirib. O 2009-cu ildə bu təhsil müəssisəsinin “Beynəlxalq Hüquq” fakültəsindən məzun olub.

Müğənni Samira ƏliMəryəm də bəzi həmkarları kimi Mədəniyyət və İncəsənət universitetini bitirib. O “Kino və dram aktrisalığı” ixtisası üzrə ali təhsil alıb.

Müğənni Eldar Qasımov Slavyan Universitetini bitirib. O “Beynəlxalq münasibətlər” fakültəsinin məzunudur.

Müğənni Nərmin Kərimbəyova Bakı Dövlət Universitetinin “Hüquq” fakültəsini bitirib. Daha sonra Azərbaycan Dövlət İqtisad Universitetində təhsil alıb.

Müğənni Nadir Qafarzadə Asəf Zeynallı adına Musiqi Kollecində təhsil alıb. O “Opera” müğənnisi və “musiqi müəllimi” ixtisasını bitirib.

“Qurd” ləqəbi ilə tanının repçi Fərid Eminov Azərbaycan Texniki Universitetini bitirib. 2003-2007-ci illərdə ali təhsil alan Qurd “Ekologiya” fakültəsindən məzun olub.

Müğənni və bəstəkar Murad Arif isə “Beynəlxalq İqtisadi Münasibətlər” fakültəsini bitirib.

 

 

araz.az xəbər portalı.

“Müğənnilərin 90 faizi acgöz və nankordur”

klar2

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu “Onun sirri” proqramında müğənnilərə irad bildirib.

araz.az Yenisabah.az-a istinadən  xəbər verir ki, o bildirib ki, müğənnilərin 90  faizi acgöz və nankordur: “Bunu əminliklə  söyləyirəm. Başqa musiqiçilərdən də soruşun. Onların az hissəsi yaxşıdır. Adlarını çəksəm, pislər də bilinəcək. Heç birinin adını səsləndirmirəm. İnsan ucalar da, pulu da olar. “Dəyişməyin” demirəm, lakin bu qədər də yox”.

 

araz.az xəbər portalı.

Oğlunun toyuna 10 min dollar yazdıran şəxsin adını AÇIQLADI

maxresdefault1625941234

Əməkdar artist Yusif Mustafayev açıqlaması ilə diqqət çəkib.

araz.az manset.az-a istinadən xəbər verir ki, müğənni övladlarının toyundan danışıb. O, dostunun onun oğlunun toyuna yazdırdığı pulun məbləğini açıqlayıb:

"2001-ci ildə qızımın, 2008-ci ildə böyük, 2013-cü ildə isə kiçik oğlumun toyu olub. Hamısının toy dəftərini saxlamışam. Kənan oğlumun toyunda dostum var, Rusiyadan gəlmişdi. Oğlumun toyuna 10 min dollar yazdırmışdı. Böyük oğlumun toyunda pul yığıb ev tikdirdim.  Getdim onun balasının toyuna 10 min manat yazdırdım".

 

araz.az xəbər portalı.

Tünzalə Ağayevanın dünya çempionu ilə oteldən GÖRÜNTÜLƏRİ YAYILDI

yenigundem f1be4e0e8a04c79195c86885c5aa7875 tj0panh941ycku2vxef3 620x460

Xalq artisti Tünzalə Ağayevanın olimpiya mükafatçısı, dünya çempionu yunan-Roma güləşçisi Rəsul Çunayevlə “Four Seasons Hotel”indəki kafelərin birində çəkilmiş fotosu yayılıb.

araz.az  32gun.news- istinadən xəbər verir ki,  sözügedən fotonu R.Çunayev özü sosial şəbəkədə paylaşıb.ə

 

araz.az xəbər portalı.

Azərbaycanlı müğənni: "Amerikada maska taxmayanları cərimələyən görmədim"

nura surijpg 1593715083 1

Müğənni Nura Suri Facebook profilində karantin rejiminin qaydalarına irad bildirib.

O, statusda bunları yazıb: “Toylar açılır, lap yaxşı. Bunu bildik.

Bəs, açıq havada toyda maska taxmaq, ya taxmamaq haqda bir açıqlama verən olub? Yoxsa toyların açılması yenə camaatı ucdantutma cərimələmək üçün tələdir?

O boyda Amerikada maska taxmayanları cərimələyən görmədim. Maska məcburiyyəti də iyunun 15-dən ləğv olundu. Las Vegasda ayın on beşindən əvvəl də, ümumiyyətlə, maska taxan yox idi”.

 

 

araz.az xəbər portalı.

Azərbaycanın məşhur müğənnisi əri tərəfindən döyüldü

vefa

Müğənni Vəfa Şərifova həyat yoldaşının ona xəyanət etdiyini deyib.

araz.az  Oxuməni.az-a istinadən xəbər verir ki, ifaçı ilk dəfə bu barədə danışıb:

"Yoldaşım məni sevməsə boşanaram. Əvvəllər deyirdim ki, beş uşağım olsa da, həyat yoldaşım mənə xəyanət etsə, əl qaldırsa, boşanaram. Mənə xəyanət də etdi, əl də qaldırdı, amma boşanmadım. Dözmərəm dediyim hər şeyə dözdüm. Niyə? Çünki istəmirəm ki, uşağım atasız böyüsün. Mən də başqaları kimi o bataqlıqlara düşmək istəmirəm.

Qadınlar hisləri ilə xəyanət edir. Kişilərdə isə fərqlidir. Dost əhatəsinə qoşulurlar, gedib xəyanət edirlər. Məsələn, deyirlər ki, filankəsdən qorxursan? Gəl, sən də bizlə get. Mənim düşdüyüm xəyanət bu idi. Hisləri ilə kiməsə bağlanarsa, sevərsə, mən ondan boşanaram. Çünki hislərim, sevgim mənim üçün dəyərlidir".

Lent.az-ın canlı yayımında qonaq olan Vəfa daha sonra bildirib ki, həyat yoldaşı ona əl də qaldırıb:

"Hər zaman düşünürdüm ki, qadın böyük səhv edərsə, döyülər. Amma yaş ötdükcə anlayırsan ki, qısqanclıqdan, çox istəməyindən də belə şeylər ola bilər. Döyülmək qadına böyük travma yaşadır. Allah heç bir qadına bu travmanı qismət eləməsin".

 

 

araz.az xəbər portalı.

"Tut sallanım boynundan, ..." - Elza Seyidcahanın şeirləri tənqid olundu

elza11

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu Əməkdar artist Elza Seyidcahanın şeirlərini tənqid edib.

araz.az  axşam.az-a istinadən  xəbər verir ki, musiqiçi bu haqda "Həmin Zaur" proqramında deyib. O bildirib ki, Seyidcahan şairləri təhqir edir: "Elza xanım savadlı, gözəl bəstəkardır. Şeirləri isə "hətələm-pətələmdir". Xoşlamıram onun şeirlərini. Bəyənmirəm, burada nə var ki? Amma gözəl, savadlı sənətkardır. Şeir yazmağı özünəməxsusluq deyil. "Tut sallanım boynundan, atdanım çiynindən" olmaz axı... Şairlərə böyük hörmətsizlikdir. Özü üçün yazırsa, onda gündəmə çıxarmasın. Sosial şəbəkələrdə yaymasın"

 

 

araz.az

1 -dən səhifə 13

Əlaqəli xəbərlər