Rusiyaya real təhlükə: İŞİD və Əl-Qaida bu ölkəyə ciddi problem yaradıb

1627029040 60f9e4d14e3fe0117c73c46eƏfqanıstandakı prosesləri təhdid kimi qarşılayan Rusiya Tacikistanda hərbi varlığını artırır və SSRİ dövründən bu yana Özbəkistanda böyük hərbi təlimlərə hazırlaşır.

araz.az  
Reyting.az-a istinadən xəbər verir ki, Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bəyan edib ki, Əfqanıstanın şimal bölgələri sürətlə hərbi cəbhəyə çevrilir.

Əfqanıstanla Tacikistan arasında min kilometrlik sərhədin 90 faizinə “Taliban”ın nəzarət etdiyini bildirən rusiyalı diplomat diqqətə çatdırıb ki, narahatedici durum şimal sərhədlərində tək “Taliban”ın olması ilə yekunlaşmır: “Son aylar İŞİD və Əl-Qaida ünsürləri də bura axın etməyə başlayıblar”.

Rusiyanın Tacikistan və Özbəkistanla təhlükəsizlik anlaşması olduğuna işarə edən Rudenko “ölkəmizin və müttəfiqlərimizin təhlükəsizliyini saxlamaq üçün lazım olanları etməyə qərarlıyıq”, - deyib. Bildirib ki, Daşkənddə xarici işlər nazirlərinin toplantısında atılacaq addımların çərçivəsi cızılıb. Tədbirlərin ana xətti hərbi gücün artırılmasıdır.



Qeyd edək ki, son zamanlar Rusiya Müdafiə Nazirliyi Tacikistandakı 201-ci rus hərbi bazasına yeni silahlar göndərməyə başlayıb. Rusiya Mərkəzi Hərbi Dairəsindən havaya qalxan “İl-76” təyyarələri Tacikistandakı rus bazasına modern zirehli personal daşıyan “BMP-2M” avtomobilləri aparır.

Rusiyanın 201-ci bazası ilə yanaşı Tacikistan ordusu da sərhədlərə yönləndirilib. Tacikistan prezidenti 20 min əsgər üçün səfərbərlik elan edib. Silahlandırılacaq əsgərlərin 9 mininin Əfqanıstanla sərhədə göndərilməsi planlaşdırılır.

Özbəkistanın da sərhəddə 20 kilometr məsafədə yer alan “hərb meydanı” poliqonuna hərbi birlik göndərmək planı var.

Rusiya hərbi müşahidəçilərinin fikrincə, 5-10 avqust tarixlərində keçiriləcək hərbi təlimlərdə üç ölkədən 20 min əsgər, 150 tank və zirehli texnika iştirak edəcək. Beləliklə, Rusiya 30 ildən sonra bu regionda ən böyük hərbi təlimə hazırlaşır.

Təlimlərin rəsmən 5 avqust tarixində başlayacağına baxmayaraq, artıq Rusiya və Tacikistan hərbçiləri Əfqanıstanla sərhəd bölgələrində indidən birgə patrul xidmətinə başlayıblar.

Son bir ayda Əfqanıstandan Kabil hökumətinə tabe olan minlərlə hərbçi “Taliban” təhlükəsi səbəbindən Tacikistana keçib.

Əlavə edək ki, İraq və Suriyada İŞİD darmadağın edildikdən sonra onların bir qismi əsasən Əfqanıstana cəmləşib. Rusiyanı narahat edən məqamlardan biri də budur

 

 

araz.az xəbər portalı.

Prezidentin keçmiş müşaviri sabiq naziri canlı yayımda döyüb - Video

1626871849 55838294 303

Moldova prezidentinin keçmiş müşaviri Daxili İşlər Nazirliyinin keçmiş rəhbərini canlı yayımda döyüb.

araz.az xarici mediaya istinadən xəbər verir ki, Moldova prezidentinin sabiq müşaviri Serdjiy Tofilat keçmiş daxili işlər naziri Gennadi Kosovanı studiyada döyməsi nəticəsində o, sonuncu huşunu itirib.

Qeyd edilib ki, tərəflər arasında dava polemika zamanı baş verib.

Dava “Jurnal” TV-nin kanalındakı verilişdə olub.

Keçmiş nazir Gennadi Kosovan prezident Maya Sandunun keçmiş müşaviri Tofilatı təhqir etməyə başlayıb və daha sonra ona su atıb.

Tofilat dərhal buna reaksiya verərək Kosovana bir neçə zərbə endirib. Sonuncu yerə yıxılaraq huşunu itirib.

araz.az xəbər portalı.

Sel zamanı metro tunellərinə su dolub, ölənlər var

TUN777

Çinin Henan əyalətinin mərkəzi olan Çjençjou şəhərində sel nəticəsində metro tunellərini su basıb.

Yerli icra orqanları azı 12 nəfərin öldüyünü və daha beş nəfərin xəsarət aldığını açıqlayıb.

Güclü yağışlar səbəbindən şəhər metropoliteninin beşinci xəttinin üstündəki dayanacaqda çox miqdarda su toplaşıb. Su sonradan tunelə dolub və yolları tutub. Metropoliten rəhbərliyi dərhal nəqliyyatın hərəkətini dayandırıb və xəttə elektrik enerjisinin verilişi kəsilib. Sərnişinlər olan qatarlardan biri “Haytansıtsze” və “Şakoulu” stansiyaları arasında su basmış hissədə dayanıb. Metro əməkdaşları sərnişinlərin təxliyəsini təşkil edib və təxminən 500 nəfər tuneldən çıxarılıb.

“Onlardan 12 nəfərə köməklik göstərmək mümkün olmayıb, onlar ölüblər. Beş nəfər isə xəsarət alıb və xəstəxanaya yerləşdirilib”, - rəsmi məlumatlarda belə deyilir.

 

araz.az xəbər portalı.

“Hər şeyi mən MƏHV ETDİM” – Bill Qeytsdən gözlənilməz ETİRAF

1626290756 750 4501626292360 300x206

“Microsoft”un qurucusu Bill Qeyts ötən gün etdiyi etirafla diqqət mərkəzində olub.

araz.az Lent.az-a istinadən xəbər verir ki, təşkil olunan yaz düşərgələrinin birində boşanma haqıında sual verilən zaman Qeytsin cavabı hər kəsi təəccübləndirib.

Belə ki, o, həyat yoldaşı Melinda Qeytslə boşanmada özünü günahlandırdığını və “Hər şeyi mən məhv etdim”, deyib.

Qeyd edək ki, Bill və Melinda Qeyts sərvəti 130 milyard dollar dəyərindədir.

 

araz.az xəbər portalı.

PAKİSTANIN EKS PREZİDENTİ VƏFAT ETDİ

media modern az 14 07 2021 1626292750 0gqvkaeu39joyw4b58ri

Pakistanın keçmiş prezidenti Məmnun Hüseyn 80 yaşında vəfat edib.

araz.az “Anadolu” agentliyinə istinadla xəbər verir ki, bu barədə onun oğlu Arsalan Məmnun məlumat verib.

Bildirilib ki, keçmiş prezident xərçəng xəstəliyindən əziyyət çəkirmiş.

Qetd edək ki, Məmnun Hüseyn 2013-2018-ci illərdə Pakistanın prezidenti olub.

 

araz.az xəbər portalı.

1 -dən səhifə 175

Əlaqəli xəbərlər