“Moderna” vaksini ilə bağlı qərar verildi

trendpeyvendvaksinasiya18012144

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) biotexnoloji “Moderna” şirkəti tərəfindən hazırlanmış koronavirusa qarşı vaksini fövqəladə vəziyyətlər zamanı istifadə üçün tövsiyə olunan peyvəndlər siyahısına daxil edib.

"Bu gün ÜST “Moderna” COVID-19 peyvəndini (mRNA 1273) fövqəladə vəziyyətlərdə istifadə üçün dərmanlar siyahısına daxil etdi və bu, təşkilat tərəfindən təsdiqlənən beşinci peyvənd oldu", - ÜST-ün açıqlamasında deyilir.

Dərman m-RNT-yə əsaslanır və ÜST-ün qiymətləndirmələrinə görə 94,1 % təsir göstərir. Peyvənd mənfi 15 dərəcədən 25 dərəcəyədək temperaturda, eyni zamanda 2-8 dərəcədə 30 günə qədər saxlanıla bilər.

 

 

araz.az

Əlaqəli xəbərlər