Putinin faciəsi: Qafqaz əldən çıxdı, Ukrayna isə..

1619852248 unnamed
 
Vladimir Putin Ukraynanı ələ keçirməyə çox həvəslidir. Lakin hərbi əməliyyatların riski olduqca yüksəkdir.
araz.az Miq.Az -a istinadən xəbər verir ki, bu sözləri tanınmış ukraynalı jurnalist Dmitri Qordon deyib.
Onun sözlərinə görə, Rusiya Ukraynaya qarşı genişmiqyaslı müharibəyə getməyəcək:
"Belə addımın nəticələri Rusiya üçün ağır ola bilər. Birincisi, Rusiyaya əsgər tabutlarının axını başlayacaq. İkincisi də Rusiyaya qarşı sarsıdıcı sanksiyalar qaçılmaz olacaq. Ən əsası da Ukrayna ciddi müqavimət göstərəcək. 2014-cü il ssenarisi təkrarlanmayacaq. Rusiyalı əsgərlər həlak olacaq. Putin bu uşaqların analarına necə izah edəcək ki, onlar özgə torpağında öldülər?” - deyə Qordon bildirib.
Jurnalist əmindir ki, məhz hərbi münaqişə ssenarisində Putinin reytinqi və imicinə sarsıdıcı zərbə dəyəcək, həmçinin ciddi iqtisadi itkiləri olacaq:
"Putinin Ukraynanı ələ keçirmək tamahı çox böyükdür. Bunun iki səbəbi var: Yeni SSRİ xəyalları və işğal edilmiş Krımda su problemi... Putin həyatının ən böyük faciəsindən – SSRİ-nin dağılmasından narahatdır. O anlayır ki, Baltikyanı və Qafqaz artıq qayıtmayacaq. Amma Ukrayna, Belarus və Moldova yenidən birləşsəydi, "rus dünyası”nın bərpası üçün pis olmazdı. Bax bu, həmişə Putinin beynində "qanayır”.
Qordon əlavə edir ki, risklər Putini hücumdan çəkindirəcək:
"İndi bura gəlmək "harakiri” (və ya xarakiri - yapon döyüşçüsünün intihar ənənəsi) etmək deməkdir. "Siyasi harakiri”...
araz.az

Əlaqəli xəbərlər