Rus kəşfiyyatı xəbərdarlıq etdi: On minlərlə silahlı bölgədə yerləşdirilib

medvedev

"Kəşfiyyat orqanları Orta Asiya ölkələri ilə həmsərhəd vilayətlər də daxil olmaqla on minlərlə İŞİD silahlısının Əfqanıstan ərazisində olmasına dair məlumat əldə edib”.

araz.az Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedevin Qazeta.ru saytında yayımlanan məqaləsində bildirilib.

Medvedev hesab edir ki, Əfqanıstanda 20 ilə yaxındır davam edən əməliyyat zamanı ABŞ Suriyadan Əfqanıstana kütləvi şəkildə köçmüş İŞİD yaraqlılarına heç bir müqavimət göstərməyib.

“ABŞ-ın Əfqanıstandan çəkilməsi Asiya, Afrika, Yaxın Şərq və Avropa üçün böyük təhlükə yaratmağa davam edən terror təşkilatının fəaliyyətini artırır”, - Medvedev söyləyib.

Məqalədə o da deyilib ki, amerikalılar keçmiş prezident Corc Buşun o vaxt söz verdiyi əsas məqsədə - Əfqanıstanda terrorizmi məğlub etməyə nail ola bilməyiblər.

“Bütün bu nümunələr bir tərəfdən kənardan demokratik möcüzə göstərməyin mümkün olmadığı, eyni zamanda dünyanı terrorizm və narkotiklərdən qurtarmağın mümkün olmadığı tezisini bir daha təsdiqləyir. Vaşinqton yoxsul, müharibə şəraitində olan bir ölkədəki vəziyyəti sabitləşdirə, müasir dövlətə çevirə bilmədi”,- Medvedev vurğulayıb.

 

araz.az xəbər portalı.

Əlaqəli xəbərlər