DTX-dan XÜSUSİ ƏMƏLİYYAT – Hərbi komissar rüşvətə görə HƏBS OLUNDU

bfaba737b5844f1be0875372d34fe98c

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail rayon idarəsinin rəisi, polkovnik Vüsal Babayev rüşvət almaqda şübhəli bilinərək saxlanılıb.

araz.az   Guninfo.az-a istinadən xəbər verir ki, o Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən keçirilən əməliyyatla tutulub.

Qeyd edək ki, V.Babayev sözügedən vəzifəyə 2018-ci ildə təyin olunub. Həbs edilən polkovnik Xüsusi Dövlət Mühafizəsi Xidmətinin sabiq rəisi, general-polkovnik Vaqif Axundovun bacısı oğludur.

 

araz.az xəbər portalı.

Hərbçiləri şantaj edən şəxslər həbs edildilər

1624441933hebs

“Ltv 7” xəbər kanalının bölgə müxbiri Fazil Quliyev və bloger Vüsal Zeynalov hədə-qorxu ilə pul tələb etdikdə ittiham edilərək həbs ediliblər.

Baş Prokurorluğun Mətbuat xidmətindən Pravda.az-a verilən məlumata görə, Fazil Quliyev və Vüsal Zeynalov özlərini jurnalist kimi təqdim edib 2021-ci il fevralın 13-də Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinin ərazisinə qanunsuz daxil olaraq mobil telefonları ilə hərbi hissənin təsərrüfat fəaliyyətinə dair videoçəkilişlər aparmaqla qeyd olunan çəkilişi sosial şəbəkələrdə yayacaqları hədəsi ilə hərbi hissənin rəhbərliyindən  500 manat məbləğində pul tələb ediblər.

Eyni zamanda, “Ltv 7” internet kanalının direktoru Ceyhun Şəmilovun kanalın direktor müavini Gülmirə Rəcəbova, müxbirləri Sevil Mərəndski, Gülnarə Məmmədova və şəxsiyyətləri istintaqla araşdırılan qeyriləri ilə birlikdə ayrı-ayrı şəxslər barədə əvvəlcə ölkə ərazisində pandemiya ilə bağlı karantin qaydalarının pozulmasına yol verilməsi barədə məlumat toplayıb, ictimaiyətə çatdırmaqla həmin şəxsləri rüsvay edəcəkləri barədə hədə-qorxu gəlməklə pul tələb edib almaları müəyyən edilib.  

Qeyd edilən əməllərə görə Fazil Quliyev, Vüsal Zeynalov, Ceyhun Şəmilov, Gülmirə Rəcəbova, Sevil Mərəndski və Gülnarə Məmmədova Cinayət Məcəlləsinin 182.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən hədə-qorxu ilə tələb etmə) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində müvafiq olaraq həbs və  polisin nəzarəti altına vermə qətimkan tədbirləri seçilib.

 

araz.az.az xəbər portalı.

Ağdamda azad edilmiş ərazilərə qanunsuz daxil olmaq istəyən 3 nəfər saxlanıldı

tehluke4

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən işğaldan azad edilmiş, lakin minalardan və digər partlayıcı vasitələrdən tam təmizlənməmiş ərazilərə müvafiq icazə olmadan, nəzarət postlarından kənar yollarla keçməyə cəhd göstərən şəxslərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, iyulun 20-i saat 16 radələrində Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən həyata keçirilmiş birgə tədbirlər nəticəsində 3 nəfər Ağcabədi rayon sakini işğaldan azad edilmiş və minalardan təmizlənməmiş Çıraqlı kəndi ərazisinə qanunsuz daxil olmaq istəyərkən saxlanılıb.

Həmin şəxslər polis şöbəsinə dəvət olunub, profilaktiki söhbətlər aparılaraq mina və partlayıcı vasitələrin onların həyatı üçün təhlükə doğura biləcəyi barədə xəbərdarlıq edilib.

Həmin şəxslər barəsində inzibati qaydada protokollar tərtib edilərək baxılması üçün Ağdam rayon məhkəməsinə göndərilib.

 

araz.az xəbər portalı.

Balakəndə karantin qaydalarını pozan 5 şadlıq sarayı aşkarlanıb

SAD33

Balakəndə polis əməkdaşlarının müvafiq dövlət orqanları ilə birgə keçirdiyi tədbirlər nəticəsində 5 şadlıq sarayında təşkil edilən toy mərasimində karantin rejiminin qayda və tələblərinin pozulduğu aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, rayon ərazisində fəaliyyət göstərən “Sultan Palace” şadlıq sarayında aparılan yoxlamalar zamanı qonaqların müəyyən edilən say həddindən artıq olması, eləcə də mərasimə qatılan şəxslərin əksəriyyətinin COVID-19 pasportunun olmaması müəyyən edilib.

Aşkarlanan qayda pozuntuları ilə bağlı obyekti işlədən Yaşar Xəlilov inzibati məsuliyyətə cəlb edilib və o, 4 min manat məbləğində cərimələnib.

Keçirilən yoxlamalar zamanı rayon ərazisində yerləşən “Xəzər”, “Karvan”, “Anar” və “Grand Palace” şadlıq saraylarında da analoji qayda pozuntularına rast gəlinib. Həmin obyektlərin icarədarları və sahibləri barəsində də qanunvericiliyə uyğun müvafiq tədbir görülüb, barələrində cərimə protokolları tərtib edilib.

 

araz.az xəbər portalı.

Azərbaycanda vəzifəli qadın ərini öldürdü - TƏFƏRRÜAT

1624441933hebs

Bakıda ərini xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən Rəna Sofiyevanın barəsində olan cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

araz.az  Teleqraf.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutan iclasdaa hökm oxunub.

Məhkəmənin hökmü ilə Rəna Sofiyeva 18 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, 2019-cu il iyulun 7-də, gecə saat 03.00-da Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yaşayan Araz Sofiyev evində həyat yoldaşı Rəna Sofiyeva tərəfindən öldürülüb.

Cinayəti törədən Rəna Sofiyeva daha sonra özünə də xəsarət yetirib. Ona xəstəxanada tibbi yardım göstərilib.
Rəna Sofiyeva ilkin istintaqa verdiyi izahatında göstərib ki, hadisə baş verən günü iki naməlum şəxs onların evinə basqın edib. Həmin şəxslərə Araz Sofiyevin pul borcu olub. Onlar ev sahiblərinə bıçaqla xəsarət yetiriblər.

Nəticədə Araz Sofiyev aldığı xəsarətlərdən həyatını itirib. Qadının bildirdiyinə görə, naməlum şəxslər evdən 4800 ABŞ dolları aparıb və evdən çıxarkən ona da bıçaqla xəsarət yetiriblər.

Lakin istintaq mənzilə iki nəfərin basqın etdiyini deyən Rəna Sofiyanın sözlərinə şübhə ilə yanaşıb və hesab edib ki, o, nəyisə gizlədir.

Aparılan istintaq zamanı müəyyən edilib ki, kişiyə 17 bıçaq zərbəsi endirilib. Araz Sofiyevə divanda oturanda hücum edilib.

Qətl zamanı evdə Sofiyevlərin 15 yaşlı oğlu və öldürülən şəxsin qayınanası da olub. Onlar iddia ediblər ki, yatmış olublar, buna görə də heç nə eşitməyib və görməyiblər.

İlkin dindirmə zamanı Rəna Sofiyeva bildirib ki, üzlərini maska altında gizlətmiş cinayətkarlar onun ərindən pul tələb edib və münaqişə bu zəmində baş verib.

Ancaq münaqişənin səs-küylə müşayiət olunması qaçılmaz olardı. Kişiyə vəhşicəsinə divan tutmuş cinayətkarların cinayətin əsas şahidi olan qadına toxunmamaları da qəribə görünüb. Onlar yalnız qadının əlini yüngülcə yaralayıblar.

Məlumata görə, Sofiyevlərin evinin yaxınlığında quraşdırılmış müşahidə kamerası həmin gecə ərazidə kişinin hərəkətini qeydə alıb. Lakin hələlik istintaq həmin kişinin kim olduğunu müəyyənləşdirə bilməyib.
İstintaq belə nəticəyə gəlib ki, Rəna Sofiyeva istintaqdan həqiqəti gizlədib.

Bu səbəbdən aparılan istintaq hərəkətləri zamanı qadın törətdiyi cinayəti etiraf edib. O bildirib ki, ərini qısqanclıq zəminində yatarkən öldürüb.

İstintaq orqanı tərəfindən Rəna Sofiyeva həbs edilib.

Rəna Sofiyevaya Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Qeyd edək ki, Rəna Sofiyeva kənd təsərrüfatı texnikalarının tədarükü üzrə ixtisaslaşan 4S şirkətinin keçmiş rəhbər müavini olub.

Qətlə yetirilən Araz Sofiyev müxtəlif vaxtlarda BP-Azərbaycan, Baltika-Bakı və Aqrovest İMP-də çalışıb.


araz.az xəbər portalı.

1 -dən səhifə 94

Əlaqəli xəbərlər