Azərbaycanda 23 yaşlı qız özünü 9-cu mərtəbədən atmaq istədi

intihar

Qəbələ rayonunda intihara cəhd hadisəsi baş verib.

araz.az-ın məlumatına görə, hadisə şəhər ərazisində, hündürmərtəbəli binalardan birində qeydə alınıb.

Belə ki, 23 yaşlı Arzu Qafarova doqquz mərtəbəli yaşayış binasının damına çıxaraq özünü binadan atmaq istəyib. Lakin bu zaman binada təmir işləri aparan ustalar son anda onun intihar cəhdinin qarşısını alıblar. Gənc qızın hansı səbəbdən intihara cəhd etməsi hələ məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Report

Əlaqəli xəbərlər