SON DƏQİQƏ: Maradonanı həkimlər öldürüb

cbe535ea5a47c35dfdae773ea6666c05
Əfsanə futbolçu taleyin umuduna buraxılıb 

Ötən ilin noyabrında vəfat etmiş əfsanəvi futbolçu, dünya futbolunun ulduzu Diyeqo Armando Maradonanın ölümü ilə bağlı aparılan ekspertizanın rəyi açıqlanıb.

 
araz.az “CNNTürk”ə istinadən  xəbər verir ki, San-İsidro prokurorluğu ulduz futbolçunun  ölümündə  səhlənkarlıq olub-olmadığının araşdırılması məqsədilə 20 mütəxəssisin yer aldığı Sağlıq Qrupu formalaşdırmış, ekspertiza aparılmasına qərar vermişdi.  Ekspertiza tibbi müdaxilənin yetərsiz olduğunu, həkimlərin xəstənin həyatını xilas etmək üçün lazımi dərəcədə səy göstəmədiyini  ortaya qoyub. Rəydə “Səhiyyə işçilərinin çalışmaları yetərsiz, əksik və məsuliyyətsizdi. Maradonanın həyatı taleyin umuduna buraxılıb”, yazılıb. Ekspertiza təyin edib ki, Maradona son  günlərini uyğun şərtlər altında xəstəxanada keçirsəydi, daha uzun müddət həyata qala bilərdi. Sağlıq Qrupu Maradonanın ölümündən 12 saat əvvəl ağrı çəkməyə başladığını, lazımi səviyyədə yoxlanmadığını və həyatı üçün təhlükə daşıyan əlamətlərin gözardı edildiyini qənaətinə gəlib.
Qeyd edilir ki, Maradona 2020-ci il noyabrın 3-də beyin əməliyyatı keçirmək üçün xəsətxanaya aparılıb, bundan sonra da vəziyyəti ağırlaşmağa başlayıb. 

Əlaqəli xəbərlər