Azərbaycan aprel ayında “OPEC plus” üzrə öhdəliyini yerinə yetirib

neftt 1

2021-ci ilin aprel ayında ölkə üzrə gündəlik neft (kondensatla birlikdə) hasilatı 698 min barrel olub.

Energetika Nazirliyindən verilən məlumata görə, bunun 594 min barrelini xam neft, 104 min barrelini isə kondensat təşkil edib.

Xatırladaq ki, “OPEC plus” ölkələri nazirlərinin 13-cü və 14-cü iclaslarında gündəlik xam neft hasilatı üzrə mövcud kvotaların fevral, mart və aprel aylarında davam etdirilməsi ilə bağlı qəbul edilmiş qərarlara əsasən, Azərbaycanın qeyd edilmiş dövr üzrə öhdəliyinin yanvar ayında olduğu kimi 123 min barrel həcmində qalacağı, gündəlik xam neft hasilatının isə 595 min barrel səviyyəsində saxlanılacağı nəzərdə tutulub.

“OPEC plus” ölkələri nazirlərinin 15-ci və 16-cı iclaslarında qəbul edilmiş razılaşmalar çərçivəsində Azərbaycanın növbəti üç ay üzrə hasilat kvotaları müəyyənləşib. Azərbaycanın yeni hasilat öhdəlikləri mayda 115 min barrel, iyunda 108 min barrel, iyulda isə 98 min barrel təşkil edəcək. Ölkədə gündəlik xam neft istehsalı müvafiq olaraq mayda 603 min barrel, iyunda 610 min barrel və iyulda 620 min barrel həcmində saxlanılacaq. Gündəlik xam neft istehsalı mayda 8 min barrel, iyunda 7 min barrel, iyulda isə 10 min barrel artırılacaq.

araz.az

Yaponiya şirkəti azad edilmiş ərazilərdə “yaşıl enerji” zonası yaradacaq

qarabag

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci ilin sosial-iqtisadi yekunlarına həsr olunan müşavirədə işğaldan azad edilmiş ərazilərdə “yaşıl enerji” zonasının yaradılması ilə bağlı qarşıya qoyduğu vəzifələrin icrası məqsədilə Energetika Nazirliyi ilə Yaponiyanın TEPSCO şirkəti arasında müqavilə imzalanıb.

araz.az xəbər verir ki, bu barədə Energetika Nazirliyindən məlumat verilib.

Müqavilə işğaldan azad edilmiş ərazilərdə külək, günəş, hidro, geotermal və bioenerji kimi bərpa olunan enerji potensialından səmərəli istifadə, enerji səmərəliliyi texnologiyaları, müasir enerji idarəetmə yanaşmaları əsasında regionun enerji təminatını həyata keçirmək məqsədilə “yaşıl enerji” zonasının yaradılması ilə əlaqədar müvafiq konsepsiyanın və baş planın hazırlanmasını nəzərdə tutur.

Layihə çərçivəsində sahə üzrə beynəlxalq təcrübə araşdırılacaq, işğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişaf və əhalinin məskunlaşmasından asılı olaraq enerjiyə tələbat və enerji təchizatı ssenariləri, bərpa olunan enerjinin şəbəkəyə inteqrasiyası, enerji effektivliyi, nəqliyyat, şəhərsalma, tullantıların idarə edilməsi, ağıllı şəbəkələr, yaşıl maliyyələşdirmə və s. kimi məsələlər əhatə ediləcəkdir.

Qeyd edək ki, 1960-cı ildə təsis olunmuş TEPSCO şirkəti dünyanın 90-dan çox ölkəsində layihələr həyata keçirib və "yaşıl enerji" sahəsində beynəlxalq təcrübəyə malikdir. Şirkət tərəfindən Yaponiya, Vyetnam, Malayziya, İndoneziya, Braziliya və Tailandda “ağıllı şəhər” layihələri çərçivəsində “yaşıl həllər” təklif edilib.

Şirkət Azərbaycanda da bir sıra layihələrin icrasında iştirak edib. Bunlardan “Şimal-1” və “Şimal-2” elektrik stansiyalarının tikintisi layihəsində məsləhətçi xidmətlərini, Azərbaycan Respublikasının enerji sektorunun sahəvi təhlili və digərlərini qeyd etmək olar.

Xatırladaq ki, 3 may 2021-ci il tarixində Prezident İlham Əliyev Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Azərbaycanla Türkiyə arasında avtodaşımalara dair işçi qrupu yaradıldı

avtobus34

Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX), Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası (ABADA) və Türkiyənin Beynəlxalq Nəqliyyatçılar Birliyinin (UND) gələcək əməkdaşlığa dair birgə onlayn konfransı baş tutub.

Nazirlikdən verilən məlumata görə, konfransı giriş sözü ilə açan DANX-ın rəisi Həbib Həsənov Azərbaycan və Türkiyə arasında beynəlxalq avtomobil daşımaları istiqamətində həyata keçirilən islahatlar və tədbirlər barədə iştirakçılara məlumat verib və gələcək əməkdaşlığın perspektivlərindən bəhs edib.

ABADA-nın Baş katibinin müavini Kənan Qurbanov iki ölkə arasındakı daşımalara dair son statistik göstəriciləri tədbir iştirakçılarına təqdim edib. Həmin göstəricilərin ötən illərlə müqayisəli təhlili aparılıb.

UND-un İdarə Heyətinin sədri Çətin Nuhoğlu beynəlxalq daşımalarda iştirak edən sürücülərin təcrübə mübadiləsinin əhəmiyyətindən bəhs edib. Proqram çərçivəsində mütəmadi görüşlərin keçirilməsi və müzakirələrin aparılmasının təşkili və tənzimlənməsi məqsədilə birgə işçi qrupunun yaradılmasına qərar verilib.

Tədbirin yekununda iki ölkə arasında daşımalara dair gələcəkdə əməkdaşlığın daha da genişləndirilməsi üçün ABADA və UND arasında təhsil sahəsində təcrübə mübadiləsinə dair razılaşma əldə edilib.

araz.az xəbər portalı

Azərbaycanın RƏSMİ MİLYONÇUları (SİYAHI)

big 1619819323 mill
 
Ölkənin rəsmi milyonçularının siyahısını tərtib edilib. Söhbət bankların və sığorta şirkətlərinin səhmdarlarından gedir. Haşiyəyə çıxaraq qeyd edək ki, yalnız bank və sığorta sektorunda hesabatlılığın əlçatan olması araşdırmaya təsirsiz ötüşməyib.
 
araz.az  xəbər verir ki, İndex.az hesablama zamanı yalnız saytlarda yerləşdirilən hesabatlara istinad edib. 
Əsas meyar kimi həmin şəxslərin səhmdar (nizamnamə) kapitalındakı payı götürülüb. Üstəlik, əlavə olaraq oxucularımız üçün səhmdarların 2020-ci ildə əldə etdiyi dividendlərin həcmini də təqdim edirik. Lakin istənilən şəxs bankın/sığorta şirkətinin hesabatına daxil olaraq onların ötən illər ərzində əldə etdiyi qazanca nəzər sala bilər. Index.az mütəmadi olaraq auditaroyasını iş adamlarının indiyədək əldə etdiyi dividendlər barədə məlumatlandırır.
 
 
araz.az

“Tender kralı“ hacı Ramazan yeni fabrik tikidirir?

ramazan

Azərbaycanda “tender kralı” kimi tanınan, uzun illərdir nəzarətində olan yüzlərlə MMC ilə dövlət satınalmalarında müxtəlif formalarda maxinasiyalar etdiyi iddia olunan Ramazan Mirzəyev yeni fabrik tikdirir.

AzFakt.com-un əldə etdiyi məlumata görə Rəfail Mirzəyevlə hacı Ramazanın mebel fabrikinin inşasına iş adamının Türkiyədə yaşayan Nicat adlı oğlu nəzarət edir.

Sənədlərdə Nicatın adına rəsmiləşdirilən, Binəqədi rayonunda inşa edilən hektar yarıma yaxın olan fabrikin ərazisinin dəyərinin iki milyon manata yaxın olduğu deyilir.

Hacı Ramazanın həmin ərazidə daha bir proyekt ərsəyə gətirdiyi də deyilir. Bu obyekt isə böyük həcmdə saxlanc anbarıdır.

Min kvadrata yaxın olan bu obyektin dı dəyərinin milyonlarla ölçüldüyü deyilir.

Qeyd edək ki, hacı Ramazan Mirzəyevin adı uzun illərdir yüksək vəzifəli məmurlarla müxtəlif maxinasiyalarda hallanır.

Qarşı tərəf münasibət bildirə bilər.

1 -dən səhifə 39

Əlaqəli xəbərlər