Deputatın adına təqaüd fondu yaradıldı - Məbləğ AÇIQLANDI

1622717572 1 kcur kcur kcur kcur kcur kcur kcur kcur kcurMillət vəkili, tarix elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Musa Qasımlının adına təqaüd təsis edilib. 

Bizim.Media xəbər verir ki, “Musa Qasımlı təqaüdü” adlanan təqaüd Yardımlı rayonunda atası vəfat edən əlaçı yuxarı sinif şagirdlərindən birinə veriləcək.

Aylıq veriləcək təqaüdün məbləği 30 manatdır. Təqaüdün verilməsinə sentyabr ayından başlanacaq. 

Qeyd edək ki, millət vəkilinin adına təqaüd “Yardımlı Xeyriyyə Cəmiyyəti” tərəfindən təsis edilib.

Xatirə, Bizim.Media

Əlaqəli xəbərlər