Azərbaycanın hansı rayonunda alınan krediti qaytarmırlar? – Problemli kreditlərlə bağlı VACİB AÇIQLAMA

kredit bank kollaj
 
"Ölkə üzrə ən çox problemli kredit Gədəbəy rayonundadır – ümumi kredit portfelinin 14,4%-i problemlidir".
 
araz.az Sfera.az-a istinadən xəbər verir ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli deyib. Ekspert Bakı şəhəri üzrə bu göstəricinin 6,4% təşkil etdiyini deyib:
"Ölkədə problemli kreditlərin həcmi sürətlə artır, son 1 ayda artım 2,5% olub, indi ümumi kredit portfelinin 6,1%-i problemli kreditlər təşkil edir - dünyada kritik hədd 3% sayılır, bizdə bu həddi artıq 2 dəfədən çox keçilib.

Vətəndaşlar biznes üçün götürdüyü krediti qaytarmaqda çətinlik çəkir, çünki son 1,5 il pandemiya dövründə hökumət kreditlərlə bağlı ciddi heç bir dəstək proqramı qəbul etmədi. İşsizlik və nominal gəlirlərin azalması, kiçik-orta biznesin zəifləməsi, yüksək faizlər problemli kreditlərin artmasının əsas səbəbləridir".

N.Cəfərli problemli kreditlərin Naxçıvan Muxtar Respublikasında daha az olduğuna diqqət çəib:
"Maraqlı bir məqam da var ki, ölkə üzrə ən az problemli kredit Naxçıvandadır - Sədərək rayonuda 1%, Şərurda isə 0,8%.".


Əzizə ZEYNAL

Əlaqəli xəbərlər