190 manatlıq birdəfəlik yardım nə vaxtdan veriləcək? - RƏSMİ CAVAB

1607687755 1

2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək tətbiq olunan məhdudiyyətlərin iqtisadi fəallığa təsiri nəzərə alınaraq əvvəlki sərtləşdirilmiş karantin rejimi zamanı müəyyən edilmiş ehtiyacı olan təqribən 600 min nəfərə 190 manat birdəfəlik maddi yardım göstəriləcək.

190 manat birdəfəlik maddi yardımın hansı zamandan ödənilməyə başlayacağı böyük maraqla qarşılanır.

 araz.az Asiya.az-a istinadən xəbər verir ki, baku.ws bu məqsədlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin mətbuat katibi Əsmər Nəcməddinqızı ilə əlaqə saxlayıb.

Nazirlik rəsmisi bildirib ki, 190 manatların verilməsi ilə bağlı ilkin olaraq Nazirlər Kabinetinin qərarı olacaq və bundan sonra detallar müəyyənləşəcək: "Qərarın açıqlanması bu gün və ya sabah da ola bilər. Dəqiq məlumat yoxdur.

Nazirlər Kabinetinin qərarından sonra elektron sistem üzərindən vətəndaşların filtri aparılacaq. Daha sonra hüququ yaranan şəxslərə 190 manatların köçürülməsinə başlanacaq. Vətəndaşlar əvvəlki aylarda aldığı kartlar vasitəsilə 190 AZN-i ala biləcəklər.

Qərar qəbul olunandan sonra 2-3 gün müddətində yoxlamalar aparılır. Daha sonra siyahılar banklara göndərilir. Banklar isə vətəndaşlara mesajlar göndərir ki, onların hesablarına ödənişlər köçürülüb. Biz maksimum çalışacağıq ki, bu prosesi sürətli şəkildə həyata keçirək".

 

 

 

 

araz.az

Deputatın şirkəti 3.6 milyonluq tender qazandı

kod pp tb8Bakı Sağlamlıq Mərkəzi Publik Hüquqi Şəxs "Azəri-Med" MMC ilə maliyyə dəyəri 3 600 000 AZN olan müqavilə imzalayıb. 

araz.az yenisabah.az-a istinadən xəbər verir ki, müqaviləyə əsasən şirkət  dərman preparatları və tibbi sərf malları ilə təmin etməlidir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən “Azəri-Med” MMC 2 iyul 2004-cü ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 1020 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu, Atatürk prospekti, ev 65 A, məhəllə 3078A, mənzil 155-də yerləşir. MMC-nin qanuni təmsilçisi isə Rəhimli Famil Vəli oğludur.

Araşdırmalarımız zamanı aydın olub ki, Famil Rəhimli heç də MMC-nin əsl sahibi deyil. Əldə etdiyimiz məlumatlara görə, şirkət əslində deputat Kamaləddin Qafarova məxsusdur. MMC-nin hüquqi ünvanı ilə deputatın qeydiyyatda olduğu ünvanın üst-üstə düşməsi də şirkətin ona məxsus olması barədə şübhələri artırır.

Kamaləddin Qafarov həm də Milli Onkologiya Mərkəzinin (MOM) Baş direktorunun müavinidir. Görünür, bu səbəbdən “Azeri-Med” MMC MOM-un elan etdiyi tenderlərin qalibi olur.

araz.az

İri ticarət mərkəzləri və ictimai nəqliyyat qadağası ilə bağlı AÇIQLAMA

1600343186 1Hər həftə karantin qaydalarında yumşalmalara gedilir. Bu həftə də yumşalmaların olması gözlənilir. Bu həftə şənbə-bazar günləri ictimai nəqliyyat və iri ticarət mərkəzləri fəaliyyətini bərpa edəcək?

araz.az  Sonxeber.az-a istinadla xəbər verir ki, bununla bağlı Tibb üzrə fəlsəfə doktoru Vasif İsmayıl danışıb.

O bildirib ki, bununla bağlı qərarı Operativ Qərargah verir:

"İctimai nəqliyyatın şənbə-bazar günləri açılması heç bir fəsadı olmayacaq. Bu məsələdə Operativ Qərargah öz planı üzrə gedir. Heç kimi də dinləmir. Karantinin uzadılması Azərbaycanda yoluxma dinamikasından asılıdır.

Əgər yoluxanların sayında azalma davam edərsə, karantin qaydalarında yumşalma davam edəcək. Lakin yoluxma dinamikası artarsa, yenidən sərtləşməyə gedilə bilər. Yaxın günlərdə iri ticarət mərkəzlərinin açılacağını düşünmürəm. Ümumilikdə isə pandemiyanın 3-4 il davam edəcəyi gözlənilir".


araz.az 

FHN-nin Agentlik rəisi milyonluq villaları hansı qazancı ilə tikdirib?

bandicam 2020 09 13 00 33 35 748Azərbaycanda vəzifəli şəxslərin dövriyyəsi on milyonlarla ölçülən biznesə, dəyəri milyonlarla manat olan villalara obyektlərə sahib olmaları artıq heç kimə sirr deyil. Bu barədə ölkə mediasında dəfələrlə fakstlara əsaslanmış yazılar dərc edilib.

Azərbaycanda son zamanlar korrupsioner məmurlara qarşı dövlətin apardığı hüquqi mübarizə çərçivəsində həbs edilən məmurların yüzminlik avtomobillərinin, çoxsaylı milyonluq villalarının aşkarlanması da mediada yazılanların bir daha təsdiqini göstərir.

Prezident İlham Əliyev çıxışlarında korrupsioner məmurlara, xalqın, dövlətin pulu ilə özlərinə cəh-cəlal yaratmış məmurlara qarşı aparılan mübarizənin davam edəcəyini dəfələrlə vurğulayıb.

Azfakt.com-un araşdırmasına görə aylıq vəzifə maaşı 1500-2000 manat civarında olmasına baxmayaraq, dəyəri milyonlarla ölçülən mülkləri olan məmurlardan biri də Fövqaladə Hallar Nazirliyinin tabeliyində fəaliyyət göstərən Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarovdur.

Daşınmaz əmlaka- obyektlərə, villalara daha çox önəm verən Cəbrayıl Xanlarovun Qəbələ rayonunun Bum kəndində iki mərtəbəli malikanəsinin olduğu deyilir. Dörd yüz kvadratmetrlik malikanənin dəyərinin milyon manatdan artıq olduğu bildirilir.

Maraqlıdır ki, Bakı şəhərinin mərkəzində yaşayan Agentlik rəisinin daha bir villası da paytaxtın Bilgəh qəsəbəsindədir.

Üç mərtəbə olan bu malikanənin qiyməti də milyonlarla ölçülür.

Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.

Nazirlikdən deputatın ittihamına CAVAB: “Vüqar Bayramov yanlışlığa yol verib”

bandicam 2020 09 11 21 52 08 732Millət vəkili Vüqar Bayramov öz Facebook hesabında paylaşdığı postda əlilliyin təyinatındakı çətinliklər, müraciətlərə imtinalar, o cümlədən Füzuli rayonu üzrə statistik məlumatlarda bir sıra yanlışlıqlara yol verib.

Modern.az-ın məlumatına görə, bu fikirləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov bildirib.

O qeyd edib ki, əslində bu ilin 8 ayında Füzuli Rayon Mərkəzi Xəstəxanası tərəfindən əlilliyin qiymətləndirilməsi məqsədilə 217 şəxsə dair ümumilikdə 255 göndəriş (Forma 088) rəsmiləşdirilib:

“Onlardan 114-ü ilkin, 141-i isə təkrar göndərişlərdir. Bu göndərişlər əsasında 37 nəfərə əlillik dərəcəsi, 40 nəfərə isə sağlamlıq imkanları məhdudluğu təyinatı aparılmış, 18 nəfərə aid göndərişlər isə qiymətləndirilmə prosesindədir.

160 göndəriş üzrə müxtəlif səbəblərdən imtina qərarı verilib. Belə ki, həmin göndərişlərdə, stasionar müalicə müddətlərinin azlığı, müayinələr və ağırlaşmaların arasında uyğunsuzluğun olması, xəstəlik barədə mütəxəssislərin rəyinin qeyd olunmaması, funksional pozğunluqlar barədə məlumatın göstərilməməsi, diaqnozu təsdiqləyən müayinələrin tam aparılmaması, xəstəliyin başlanma tarixi ilə müalicə tarixlərinin ziddiyyət təşkil etməsi, xəstəliyin xarakteri ilə ümumtəhsil müəssisəsində təhsil almaqla bağlı məlumatlarda uyğunsuzluğun olması və s. səbəblərdən əlillik təyinatı aparılmayıb.

Əlilliyin qiymətləndirilməsi sahəsində şəffaflığın artırılması və əlillik təyinatlarında ünvanlılığın təmin olunması məqsədilə davamlı olaraq aparılan araşdırmalar nəticəsində indiyədək 6500-dən çox şəxsə aparılmış əsassız əlillik təyinatları ləğv edilib. Bu təyinatlar üzrə dövlət büdcəsinin illik qənaəti 30 milyon manata yaxındır. Uzunmüddətli dövr üzrə dövlət büdcəsinin qənaəti 700 milyon manatdan yuxarıdır. Bilinməlidir ki, ləğv edilən əlillik təyinatlarından 42 nəfərə dair göndərişlər məhz Füzuli RMX tərəfindən rəsmiləşdirilib. Belə ki, həmin şəxslərə rəsmiləşdirilən göndərişlərdə təqdim olunan məlumatların öz təsdiqini tapmaması, qeyd edilən diaqnozların şişirdilməsi, vətəndaşla bağlı digər elektron informasiya sistemlərində toplanan məlumatların ziddiyyət təşkil etməsi kimi faktlar müəyyənləşdirilib”.

F.Talıbov deyib ki, göndərişlərdə qeyd edilmiş məlumatların etibarlılığını ciddi sual atına qoyan bu kimi hallar Tibbi sosial ekspert komissiyalarını daha da diqqətli olmağa, eyni zamanda şübhəli, ziddiyyətli və tam təqdim olunmamış məlumatlar əsasında rəsmiləşdirilən göndərişlər barədə qərar verərkən daha ehtiyatlı olmağa vadar edir:

“Onu da qeyd etmək lazımdır ki, bu kimi problemlərin aradan qaldırılması üçün göndərişin rəsmiləşdirilməsində əsas götürülən digər tibbi sənədlərin (epikriz, tibbi rəy və s.) elektronlaşdırılması zəruridir. Bu istiqamətdə Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin gördüyü tədbirlərin qısa müddətdə nəticə verəcəyini əminik”.

araz.az

7 -dən səhifə 40

Əlaqəli xəbərlər