İqtisadçı banklarla bağlı sirri açdı: “İlin sonuna qədər...”

bank aktivleriAzərbaycanda əcnəbi vətəndaşlarının (qeyri-rezident) banklardakı depozitləri azalıb.

Belə ki, avqust ayının əvvəli qeyri-rezidentlərin Azərbaycan banklarındakı depozitlərinin həcmi 314.5 milyon manat ekvivalentində olub. Bunun 104.4 mln. manatı milli valyutada, 210.1 mln. manat ekvivalentində isə xarici valyutada yerləşdirilmiş depzoitlər olub.Qeyd olunub ki, xarici valyutalar üzrə qeyri-rezidentlərin depozitlərinin azalması 2015-ci ilin dekabrından sonra davam edir. 2015-ci ilin dekabrında ölkədə əcnəbilərin banklara etibar edib yatırdıqları depozitlərin həcmi 1 milyard 233.1 milyon manat ekvivalentində olub ki, bunun da yalnız 33.9 mln. manatı milli valyutada idi.

Yəni, xarici valyutada qeyri-rezidentlərin depozit məqsədli yatırımlarının həcmi 1 milyard 199.1 milyon manat idi. Bu isə ikinci devalvasiyadan bu tərəfə qeyri-rezidentlərin xarici valyutada əmanətlərinin 5.7 dəfə azalması deməkdir. Təkcə ilin əvvəli ilə müqayisədə 102.02 mln. manat (23% azalma) ekvivalentində xarici valyutada olan əmanətlər geri çəkilib.

İqtisadçı-hüquqşünas Əkrəm Həsənov Cebhe.info-ya bildirib ki, əcnəbilərin əmanətlərini geri çəkməsinə əsas səbəb banklarımıza etimadın olmamasıdır:

“Prinsipcə, əcnəbilər banklarımıza etibar etmirlər. Hətta mən bir sirrin üstünü açım. 2016-cı ildən tətbiq olunan, bu ilin mart ayında müddəti bitən və sonradan dekabr ayına qədər uzadılan əmanətlərin sığortalanması sistemi əslində əcnəbilər üçün həyata keçirilib. Çünki yerli vətəndaşlarımız onsuz da ehtiyat pullarının bir hissəsini banklara qoyur. Bu gün vətəndaşların banklardakı əmanəti evdəki yığımının bir hissəsini təşkil edir. Sadəcə, hamısını evdə saxlamağa qorxur. Əcnəbinin isə seçim imkanı var. O məcbur deyil ki, pulunu Azərbaycandakı banka qoysun. Sadəcə olaraq, vaxtilə Azərbaycanda əmanətlər üzrə faiz dərəcəsi çox yüksək idi. 12 faizdən xarici valyuta sığortalanırdı. Devalvasiyadan sonra isə əmanətlərin tam sığortalanması sisteminə keçildi. Hansı ki, bu gün dünyanın heç bir ölkəsində əmanətlərin tam sığortalanması sistemi yoxdur. Ona görə də xarici vətəndaşlar 3 faiz də olsa, əmanətlərini banklara qoyurdu. Son 2 ildə xaricilər tərəfindən əmanətin axını daha da güclənib. Birincisi, banklar indi heç xarici valyutada 3 faizdən belə əmanət qəbul etmir, 1 faizlə qəbul edir. Bu faizlə isə elə xaricilərin öz bankları da qəbul edir. Niyə əmanətini bizim banka qoysun ki? Digər tərəfdən isə təhlükələr var. Əmanətlərin sığortalanması sistemi əslində təkmil işləmir. Özümüz də gördük ki, bu il 4 bank bağlandı. Əmanətlərin Sığortalanması Fondu min bir bəhanə axtardı ki, camaatın əmanətini verməsin. Bundan əlavə, ötən il və bu il yerli, eləcə də əcnəbi əmanətçilər başqa bir şeyin şahidi oldu. Bizdə əmanətlərin sığortalanması sistemi ona görə qeyri-təkmildir ki, bankları vaxtında bağlamırlar. Bir neçə xarici vətəndaşın “Ata Bank”da bir neçə milyon dollar əmanəti var idi. Nə əcnəbinin pulunu qaytarır, nə də bankı bağlayırdılar ki, o, gedib əmanətlərin sığortalanması sistemindən pulunu tələb etsin. Üstəlik əmanətlərin sığortalanması sisteminin mart ayında qanunla qüvvədən düşmək ehtimalı var idi. Buna görə əcnəbilər qorxdu və bu gün də qorxmaqda davam edirlər ki, Azərbaycanın bank sistemində qeyri-müəyyənlik çoxdur”.

İqtisadçının proqnozuna görə, bu ilin sonuna qədər əcnəbilər banklarımızdan əmanətlərini geri çəkəcəklər:

“Yəni əmanətlərin sığortalanması sisteminin müddətini də məhz buna görə dekabr ayına qədər uzatdılar ki, bəlkə əcnəbilər əmanətlərini geri çəkməsinlər. Amma bu baş vermədi. Onu da deyim ki, həm yerli, həm də xarici vətəndaşların əmanətlərini banklardan geri çəkməsi bank sistemi üçün ciddi problem yaradacaq. Digər tərəfdən, bu gün bankların problemli kreditləri çox, pulları azdır. Bütün bunlar banklarımız üçün ciddi problemdir. Bu vəziyyətdə əslində Mərkəzi Bank banklarımıza kömək etməlidir”.

Alçina Amilqızı
Cebhe.info

BTQ-nin alternativ nəqliyyat dəhlizi kimi hansı üstünlükləri var? - XARİCİ EKSPERT

876293Dünya miqyasında Çini Avropaya bağlayan bir neçə nəqliyyat dəhlizi var. Dəniz yoluna alternativ olaraq Çini quru yolu ilə Avropaya bağlayan əsas yükdaşımaları Rusiya üzərindən həyata keçirilir. Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolu xəttinin fəaliyyətə başlaması və bu istiqamətdə yükdaşımalarının artırılması region ölkələrinin iqtisadi inkişafına təkan verməklə yanaşı, Çini Avropa ilə birləşdirən alternativ nəqliyyat dəhlizi kimi strateji əhəmiyyətə də malikdir. Paralel olaraq alternativ nəqliyyat dəhlizlərinin inkişafı Çinlə yanaşı, Qərb ölkələri üçün təhlükəsizlik baxımından çox önəmlidir.

Artıq bu ilin iyul ayında Transxəzər Beynəlxalq Nəqliyyat Konsorsiumunun üzvləri olan "ADY Konteyner" ("Azərbaycan Dəmir Yolları" QSC-nin törəmə müəssisəsi), "KTZ Express" (Qazaxıstan), "GR Logistics" (Gürcüstan) və "Pasifik Eurasia Logistics" (Türkiyə) şirkətləri Çinin Sian şəhərindən çıxan konteyner qatarının Türkiyənin İzmit şəhərinə rekord qısa müddətdə çatdırılmasını təmin ediblər. Bu da dəhlizin cəlbediciliyi baxımından xüsusi önəm daşıyır.

araz.az bildirir ki, Türkiyə Beynəlxalq Nəqliyyatçılar Dərnəyinin (TBND) Strategiya və biznesin inkişafı departamentinin rəhbəri, nəqliyyat üzrə ekspert Fatih Şener fed.az-a açıqlamasında BTQ-nin alternativ nəqliyyat dəhlizi olaraq üstünlüklərini sadalayıb.

BTQ Avropa ölkələri üçün strateji əhəmiyyət daşıyır

O qeyd edib ki, Çindən Rusiya üzərindən Avropaya qədər uzanan quru yoluna alternativ bir dəhlizə ehtiyac var: "Rusiya Avropaya təbii qazın verilməsində məhdudiyyətlər edə biləcəyi kimi, Avropaya uzanan nəqliyyat dəhlizində də problemlər yaradaraq təzyiq vasitəsi kimi istifadə edə bilər. Avropa ölkələri buna görə alternativ quru yollarının yaradılmasına çox önəm verir. BTQ-nin fəaliyyət göstərməsi bu baxımdan strateji əhəmiyyətə malikdir".

BTQ ucuz və kefiyyətli məhsulların Türkiyə bazarına çatdırılmasını təmin edir

F. Şenerin sözlərinə görə, Azərbaycan, Gürcüstan və Türkiyənin iş birliyi ilə tikilən bu dəmiryolu Çinin Avropa ilə iqtisadi əlaqələrini gücləndirməsi ilə eyni vaxta təsadüf edir. Bu da BTQ-ni önəmli bir alternativ halına gətirir. Ekspert BTQ-nin Türkiyə üçün önəmi olduğunu da qeyd edib: "Qazaxıstanın Aktau limanında bitum (asvalt) zavodu, polipropilen və buğda anbarlarını gəzmişdim. Ucuz və kefiyyətli olan Qazaxıstan məhsulları logistik problemlər səbəbindən Türkiyəyə çox baha gətirilirdi və Rusiya məhsulları ilə rəqabət edə bilmirdi. Bu Türkiyə bazarı üçün problemlər yaradır".

BTQ iki qardaş ölkənin iqtisadi inteqrasiyası üçün əsas şərtlərdən biridir

Ekspert BTQ-nin Türkiyə və Azərbaycan arasında iqtisadi əlaqələrinin inkişafı baxımından xüsusi əhəmiyyətə malik olduğunu bildirib. Onun sözlərinə görə, BTQ Türkiyə məhsullarının Xəzər hövzəsinə və oradan da dünyanın müxtəlif istiqamətlərinə sürətli çatdırılması üçün önəmlidir. Eyni zamanda, Azərbaycanın daha sərfəli nəqliyyat dəhlizi ilə Türkiyəyə bağlanması və Türkiyə üzərindən həm gəmilərlə Aralıq dənizinə, həm də Londona və Budapeştə qədər uzanan dəmiryollarına bağlanması strateji əhəmiyyət daşıyır.

Digər tərəfdən iki qardaş ölkənin bir-birinə iqtisadi baxımdan inteqrasiyası nəqliyyat xərclərinin aşağı salınmasını şərtləndirir. BTQ dəhlizi həm də bu məqsədə xidmət edir: "Azərbaycan məhsullarının Türkiyəyə, Türkiyə məhsullarının da Azərbaycana ucuz və sürətli daşınmasında yeni yatırımlarla bağlı iş birliyi olacaq. Əlverişli mühit bir çox türk şirkətinin Azərbaycanda istehsal həyata keçirərək Rusiya, Orta Asiya ölkələrinə və ümumilikdə dünyaya satışlar həyata keçirməsinə şərait yaradacaq. Bu isə ancaq dəmiryolu kimi az xərc tələb edən nəqliyyat dəhlizləri vasitəsilə mümkündür".

Gəmi ilə daşıma tariflərinin aşağı salınması, BTQ ilə yükdaşımlarını kəskin artıra bilər

F. Şener bildirib ki, Xəzər dənizi üzərindən yükdaşıma tariflərinin aşağı salınması BTQ üzərindən daşımaların həcmini kəskin artıra bilər və hazırda buna ehtiyac yaranıb: "Hazırda Türkiyə, Gürcüstan, Azərbaycan, Qazaxıstan, Özbəkistan marşrutundan geniş istifadə edilir. Yüklər Bakıdan Aktua üzərindən Özbəkistana oradan isə Çinə daşınır. Bu nəqliyyat dəhlizinin inkişafını Türkiyə və Azərbaycan rəhbərləri diqqətdə saxlayır. İqtisadi böhran dönəmində belə Azərbaycanda Ələt portu yaradıldı. Xəzərin digər sahilində Türkmənbaşıda və Aktauda yeni limanlar fəaliyyətə başladı. Amma Xəzər üzərindən daşıma tarifləri alternativlərlə müqayisədə yüksəkdir. Nəticədə, Çindən Avropaya yüklər əsasən Rusiya vasitəsilə daşınır, Bakı üzərindən yükdaşımaları isə istənilən səviyyəyə deyil. Bu nəqliyyat dəhlizinin daha da inkişaf etdirilməsinə ehtiyac var".

araz.az

Manatın MƏZƏNNƏSİ

valyuta manat 0251Azərbaycan Mərkəzi Bankı 27 avqust tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.

Mərkəzi Bankdan Milli.Az-a verilən məlumata görə, avqustun 27-də olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1.7000 manat təşkil edir.

Manata nəzərən avronun məzənnəsi 2.0114 manat təşkil edir. 1 türk lirəsi 0.2311 manat, 1 rus rublu 0.0225, 100 İran rialı 0.0040 manat, 1 gürcü larisi 0.5523 manatdır.

araz.az

Azərbaycan və Rusiyanın kənd təsərrüfatı maşınqayırması sahəsində birgə yeni layihəsi hazırlanır

876268Azərbaycan və Rusiya arasında kənd təsərrüfatı maşınqayırması sahəsində perspektivli birgə layihə hazırlanır.

araz.az bildirir ki, bunu Trend-ə Rusiya İxrac mərkəzinin nümayəndəliyinin rəhbəri Nuru Quliyev deyib.

Onun sözlərinə görə, Rusiyanın ən böyük kənd təsərrüfatı texnikası istehsalçısı olan "KZ Rostselmaş" MMC Azərbaycanın "AzərMaş" ASC maşınqayırma şirkəti ilə ölkədə Rusiya taxıl yığımı texnikalarının montajını təşkil etmək üçün investisiya layihəsinin həyata keçirilməsi ilə bağlı uğurlu danışıqlar aparır.

N.Quliyevin qeyd etdiyi kimi, bu razılaşmalar Moskvada 23 noyabr 2019-cu ildə Rusiya-Azərbaycan Regionlararası Forumu çərçivəsində "KZ Rostselmaş" MMC və "AzərMaş" ASC tərəfindən Azərbaycan ərazisində taxıl biçini kombaynların istehsalının təşkili barədə saziş imzalandığı zaman əldə olunub.

"Avadanlıqların montajı üçün layihənin icrasına başlanğıc 2020-ci ilə planlaşdırılıb. Ancaq qlobal pandemiya səbəbindən bu layihənin icrasının vaxtı dəyişdirilib. Hər il 40-50 ədəd texnika istehsal ediləcəyi güman edilir", - nümayəndəlik rəhbəri qeyd edib.

N.Quliyev hazırkı vəziyyətdə pandemiya səbəbindən şirkətlər arasında danışıqların məsafədən aparıldığını, lakin iki ölkə arasında hava əlaqələrinin bərpa olunmasından sonra bu prosesin aktiv əyani mərhələyə keçəcəyini bildirib.

Qeyd edək ki, "Rostselmaş" qrupu kənd təsərrüfatı texnikası istehsal edən şirkətlər qrupudur. Qrupa 13 müəssisə daxildir, istehsal yerləri dörd ölkədə yerləşir. Şirkət "Rostselmaş" və "Versatile" markaları altında avadanlıq istehsal edir.

15 noyabr 2017-ci ildə yaradılan "AzərMaş" ASC strateji məqsəd kimi Azərbaycanda avtomobil sənayesinin yaradılması və inkişafını hədəf götürüb.

Rusiya ixrac mərkəzi yerli ixracatçılara geniş maliyyə və qeyri-maliyyə dəstəyi tədbirləri təqdim edən qeyri-enerji ixracatına dəstək verən dövlət institutudur.

araz.az

AYİB Azərbaycana bərpa olunan enerji mənbələrinin real qiymətlərini müəyyənləşdirməyə kömək edir

ayibAvropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycana bərpa olunan enerji mənbələrinin konkret növlərinin real bazar qiymətlərini müəyyənləşdirməyə kömək edir.

araz.az xəbər verir ki, bu barədə Trend-ə Bankdan bildiriblər.

Qeyd olunub ki, AYİB Azərbaycanda bərpa olunan enerji mənbələrinin böyük potensialını görür və bu sahədə real dəstək göstərməyə çalışır:

"Ölkədə enerji bazarının islahatları və işgüzar mühitin təkmilləşdirilməsi üzrə daimi səylər göstərilir, bərpa olunan enerji mənbələri sahəsinin inkişafı üçün yeni qanunvericilik bazası yaradılır".

Öz regionunda bərpa olunan enerji mənbələri üzrə layihələri dəstəkləyən aparıcı təşkilat olmaqla AYİB bu sahədə hərraclar vasitəsilə alqı-satqı əməliyyatlarının işə salınması üzrə səyləri dəstəkləyir:

"Bizim işimiz Energetika Nazirliyinə müəyyən bərpa olunan enerji mənbələrinin real bazar qiymətlərinin müəyyənləşdirilməsində kömək göstərməkdir. Biz hökumətin günəş və külək enerjisi üzrə pilot layihənin hazırlanması üzrə elan olunmuş planlarını diqqətə almışıq. Bu layihələr bu sektorun inkişafını təmin edəcək".

 

 

araz.az

9 -dən səhifə 40

Əlaqəli xəbərlər