Heydərovun oğlunun orta məktəbində illik təhsil haqqı 15 500 manat

222

Məmur  övladları sahibkar kimi  koronavirusa  görə  dövlətdən yardım alıblar. 

Belə sahibkarlardan biri də  Tale Heydərovdur. 

İllik təhsil haqqının 12 000 -15 500 manat arasında dəyişdiyi "Avropa Azərbaycan Məktəbi” də dövlətdən yardım alan müəssisələr arasında yer alıb.

Pandemiyaya görə dövlətdən maliyyə yardımı alan bu məktəb Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun oğlu Tale Heydərova məxsusdur.

araz.az

Həbs edilən və işdən çıxarılan İH başçılarından bu qədər cərimə alınacaq

icra1“Həbs edilən və işdən çıxarılan icra hakimiyyəti başçılarından 30 milyon manat alınacaq”.

AzToday.az xəbər verir ki, bunu iqtisadçı ekspert Samir Əliyev 2020-ci ilin dövlət büdcəsinə ediləcək dəyişikliklərdən danışarkən deyib.

Onun sözlərinə görə, dəyişikliyə əsasən, cərimələrdən daxilolmalar 16,9 milyon manatdır:

“Hüquq-mühafizə orqanları tərəfindən aparılan istintaq tədbirləri nəticəsində dövlət mülkiyyətinə keçməklə müsadirə edilmiş əmlakın satışından daxilolmalar isə 30,0 milyon manat nəzərdə tutulur:

“Yəni camaatdan 16,9 milyon AZN, həbs edilən və işdən çıxarılan icra hakimiyyəti başçılarından isə 30 milyon manat alınacaq”.

Qeyd edək ki, Maliyyə Nazirliyi Nazirlər Kabinetinə 2020-ci il büdcəsinə dəyişiklik edilməsi ilə bağlı müraciət edib.

araz.az

Bu qanuna dəyişiklik edilir: 2022-ci ilin yanvarın 1-dək...

resizeDövlət büdcəsinin layihəsinin tərtibi prosesinin təxirə salınması gözlənilir.

Yenisabah.az xəbər verir ki, bununla bağlı “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanununa dəyişiklik layihəsində bildirilir.

“Büdcə sistemi haqqında” qanunun 11.1-ci maddəsinə əsasən, dövlət büdcəsi layihəsinin tərtibi prosesi növbəti büdcə ilinə 11 ay qalmış başlanır və büdcə layihəsinin Milli Məclisə təqdim edildiyi günədək olan dövrü əhatə edir.

Layihədə isə yazılır ki, “Büdcə sistemi haqqında” qanunun 11.1-ci maddəsində nəzərdə tutulan büdcə qaydasının tətbiqi 2022-ci ilin yanvarın 1-dək dayandırılır.

Layihə Milli Məclisin növbədənkənar sessiyalarında müzakirə ediləcək.

araz.az

Azərbaycan nefti ucuzlaşır

neft bahalasma 0854CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyulun 30-da 43,89 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,22 dollar/barel azdır.

araz.az xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 43,3 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,2 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 41,99 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,75 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 42,46 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,28 dollar/barel azdır.

 

 

 

araz.az

Vüqar Bayramov: "Büdcəyə dəyişiklikdə neftin qiyməti 35 dollardan götürülüb”

1596194489 1516871961182809751 1000x669

 

"Büdcəyə təklif edilən dəyişikliklərdə neftin bir barelinin qiymətinin salınması gözlənilən idi".

 

Bunu APA-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.

O bildirib ki, pandemiya ilə bağlı olaraq, neft bazarında volatillik yüksəkdir: "Bu da neftin dünya bazar qiymətinin düşməsinə gətirib çıxarır. Ötən ay dünya bazarında neftin orta qiyməti 30 dollar olub. Hazırda neftin bir barelinin qiymətinin 40 dollardan yüksək olmasına baxmayaraq, payızda koronavirusun ikinci dalğası olsa, bu, neft qiymətlərinin azalmasına gətirib çıxara bilər. Buna görə də qanun layihəsində təklif edilən 35 dollar daha konservativ və daha az riskli qiymətdir. Düşünürəm ki, 35 dollar üzərindən dəqiqləşmiş büdcənin hesablanması doğru addımdır. Bu, neft bazarında volatillik, eyni zamanda pandemiyanın potensial təsirlərinin nəzərə alınmasına imkan verir. Dəyişiklik qlobal iqtisadiyyatda və strateji məhsullar bazarındakı volatilliyə uyğunlaşdırılıb”.

Qeyd edək ki, büdcədə neftin 1 barelinin qiyməti 55 ABŞ dollar götürülmüşdü.

araz.az

14 -dən səhifə 40

Əlaqəli xəbərlər