Vətən Müharibəsi Qəhrəmanlarının kredit və müavinət alması ilə bağlı iki fərman verilib

ilham manset esasjpg 1577368516

“DOST” mərkəzlərində göstərilən xidmətlərin siyahısı genişləndirilib.

araz.az  xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla “DOST” mərkəzlərində göstərilən xidmətlərin siyahısı”nda əksini tapıb.

Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslərə aylıq müavinətlərin təyin edilməsi “DOST” mərkəzlərində göstərilən xidmətlərin siyahısına daxil edilib.

Bundan əlavə, güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malik şəxslərin əhatə dairəsi genişləndirilir.

Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda əksini tapıb.

Beləliklə, Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanı (özü, əri/arvadı, övladları) güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malik olacaqlar.

 

 

araz.az

Əlaqəli xəbərlər