Rusiya Göyçəni Azərbaycana qaytarır? - KUZNETSOVDAN ŞOK AÇIQLAMA

1624051661 kuznetsov boyuk 1Ermənistanda hakimiyyətə kim gəlirsə-gəlsin, artıq üç fakt danılmaz olaraq erməni xalqı tərəfindən qəbul olunacaq: Qarabağ Azərbaycandır, Ermənistan məğlub ölkədir, dövlət sərhədi Azərbaycanın istədiyi yerdən keçəcəkdir! araz.az  bildirir ki. bu barədə "Axar.az"a tanınmış rusiyalı tarixçi, hərbi ekspert Oleq Kuznetsov bildirib.

“Hətta sərhədlər 1975-ci ilin xəritələri ilə deyil, 1921-ci ilin xəritələri ilə çəkilə bilər”, - deyə həmsöhbətimiz qeyd edib.

Onun sözlərinə əsasən, Ermənistanın daxili siyasi həyatı getdikcə daha çox “Şapito” sirkinə oxşayaraq “Absurd teatrına” çevrilir. “Erməni siyasətçilər öz xalqına, onların milli-dini şüuruna xas olan ən pis, mental cəhətlərini bütün dünyaya göstərdilər. Dünya ictimaiyyəti ermənilərin iç üzlərini gördü”, - deyə Kuznetsov qeyd edib.

Xatırladaq ki, Azərbaycan Cümhuriyyəti yaradıldıqda Göyçə mahalı tarixi torpaqlarımız kimi onun tərkibində olub. 1920-ci ildə Azərbaycanı işğal edən rus bolşevik imperiyası dədə-baba ərazilərimiz olan Zəngəzur, Göyçə, Şərur və Dərələyəz mahallarını, eləcə də Dilican ərazisini qanunsuz şəkildə Ermənistana vermişdir.

 

 

araz.az xəbər portalı.

Əlaqəli xəbərlər