Dünyanın ən bədbəxt Nobelçi alimi: Hitler hakimiyyətə gələndə onu da qovdular...

1536345667_194809.jpg

Söhbət “kimyəvi silahın atası”, 1918-ci ildə kimya üzrə Nobel mükafatına layiq görülmüş yəhudi əslli Frits Haberdən gedir...

Böyük rus fiziki Nobel mükafatı laureatı Pyotr Kapitsa onun haqqında yazırdı: “Kembricdə bizə daha bir alimlə tanış olmaq nəsib oldu. Haber əsrin nəhəng fiziki- kimyaçılarından biri sayılırdı. O, havadakı azotla təmasda ammiakın alınması üsülunu tapmışdı. Onun metodu indi də ən yaxşısı sayılır. Atmosfer azotunun fiksasiyası üsülunu o, Birinci Dünya Müharibəsi vaxtı tapmışdı. Bu kəşfə görə almanlar müharibəni davam etdirə bildilər”.


Müasir yapon fiziki Mitio Kaku “Eynşteynin kosmosu” kitabında yazır: “Haber həmçinin zəhərli qazı kəşf etmişdi. İkinci dünya müharibəsində faşistlər Osvensim düşərgəsində bu məşhur qazla (siklon-B) onun bütün qohumlarını və tanışlarını məhv etdilər. Haber nəhəng kimyaçı və Nobel mükafatına layiq görülmüş böyük alim idi. Hitler hakimiyyətə gələndə Haberin ölkə qarşısında etdiyi xidmətlərinə baxmayaraq, onu da Almaniyadan qovdular.

Pyotr Kapitsa: "Kembricə gələndən sonra heç kim onunla yaxınlıq etmək istəmirdi. Böyük alim özünü çox tənha hiss edirdi. Biz fiziklər, Rezerford və başqaları onunla görüşdən yayınırdıq. Çünki o, əxlaq baxımından həqiqi böyük alim haqqında təsəvvürlərimzə cavab vermirdi. Kembricdə az bir müddət işləyəndən sonra İsveçrəyə gedən Haber orda çox yaşamadı...”
Moderator.az

Əlaqəli xəbərlər