Ermənilər Şimali Qafqazda

armyane-v-kavkaze.jpgErmənilərin xarici torpaqları ələ keçirərək ərazilərini genişləndirmə planları öz davamlılığı ilə xarakterizə olunur. Onlar öz iddialarını təmin etmək üçün müxtəlif faktları saxtalaşdıraraq digər xalqlara məxsus mədəni dəyərləri mənimsəməyə çalışırlar. Buna musiqi, müxtəlif təamlar, geyimlər, toponimlər və s aiddir.

N.Q.Volkova ( rəssam) I.X.Kuçuk İoannesovanın erməni dilinə tərcümə etdiyi mənbəyə əsaslanaraq Krasnodar diyarının Beloreçensk kəndində xristian kilsəsinin xarabalıqlarında tapılmış və guya erməni dilində olan bir daşa istinad edərək, ermənilərin Şimali Qafqaza orta əsrlərdə daxil olduqlarını bildirir. [3, 257]

Tarixi faktlara diqqət yetirsək ermənilərin aktiv şəkildə Qafqaza köçürülməsi XVIII və ХХ əsrin birinci rübündə baş vermişdir. Bu İran və Çar Rusiyasının məqsədyönlü şəkildə xristiyanları Qafqaz ilə sərhəd olan bölgələrə köçürərək öz torpaqlarını gücləndirmək və müsəlman xalqını qarışdırmaq siyasəti idi. Bununla əlaqədar olaraq İrandan köçürülən ermənilərin sayı 40-50 min təşkil edirdi. Rus –türk müharibəsi dövründə və sonra daha 90 min erməni köçürülmüş oldu.

XVIII əsrdən etibarən Qars və Xəzər dənizi sahillərində imiqrantların hərəkətliliyi Qafqazdakı vəziyyəti daha da çətinləşdirdi. 1801-ci il sentyabrın 12-də bütün Şərqi Gürcüstan Rusiyaya qoşulmuş oldu. Bundan sonrakı siyasi plan Azərbaycanın ələ keçirilməsi idi.

1804-cü ilin may ayında İran Cənubi Qafqazdan rus qoşunlarının çıxarılmasını tələb etdi. Rusiya bu tələbi rədd etdi. İki ölkə arasındakı diplomatik əlaqələr 16 iyun tarixində sona çatdı və müharibə başladı.

Rusiya və Türkiyə arasında 1806-cı ildə baş verən müharibə nəticəsində Rusiya İrəvan və Naxçıvan xanlıqları istisna olmaqla Talış xanlığını birləşdirməyə nail oldu. Bununla da Rusiya Şimali Azərbaycanın işğalını başa çatdırdı. 1812-ci ildə isə Türkiyə ilə Buxarest sülh müqaviləsi imzalandı.

Hərbi əməliyyatlarda baş verən uğursuzluq, Rusiya sərhədlərində Napaleonun məhv edilməsi və rus qoşunlarının Avropa savaşına başlaması səbəbi ilə beynəlxalq arenadakı dəyişikliklər İranla sülh müqaviləsinin imzalanmasını sürətləndirdi. Danışıqlar 1813-cü ildə Gülüstan sülh müqaviləsi ilə başa çatdı.

1826-1828-ci illərdə Rusiya-İran müharibəsində Rusiyanın qələbəsindən sonra, Rusiya və İran arasında 10 fevral 1828-ci ildə Türkmənçay müqaviləsi imzalandı. Bu müqavilə Azərbaycanın şimal və cənub olmaqla iki hissəyə bölünməsinə gətirib çıxardı. Şimal hissə Rusiyaya, cənub hissə isə İrana keçdi. Bundan sonra Azərbaycan torpaqlarına, xüsusilə Naxçıvan, Qarabağ, İrəvan xanlığına, həmçinin Bakı və Gəncə şəhərlərinə Türkiyədən və İrandan 120 minə yaxın erməni köçürüldü. Beləliklə Türkmənçay sülh müqaviləsi nəticəsində ermənilərin Azərbaycana köçürülməsi prosesi başlamış oldu. [1, 319]

Qeyd edək ki, həm Şimali, həm də Cənubi Qafqazda ermənilərin mövcudluğu istənilməyən dəyişikliklərə səbəb oldu. Şimali Qafqazda yerli əhalidən sonra burada yaşayan xalqlar arasında əhəmiyyətli yeri tutan ruslar müsəlmanlar ilə sülh şəraitində yaşaya bilsələr də, bir etnik qrup şəkilində yaşayan ermənilər isə öz iddiaları ilə yerli xalqda qəzəb doğurmaqdadırlar. Özgə torpaqlara sürətlə uyğunlaşmağı bacaran ermənilər tez bir zamanda Şimali Qafqazın ən yaxşı torpaqlarında da məskunlaşa bildilər. [4, 516] Onların məskunlaşdıqları Adıgey və Çərkəz respublikaları Şimali Qafqazın ən faydalı torpaqlarındandır.

Adıgey respublikası tarixi, mədəniyyəti və mədəni abidələri ilə seçilir. Burada ərazinin üçdə birindən çoxunu meşələr təşkil edir. Buna əsasən, respublikada böyük tikinti materialı ehtiyatları mövcuddur. [2, 134]

 Qaraçay-Çərkəz ərazisində isə 80-dən çox millətin nümayəndəsi yaşayır. Buna XIX-XX əsrlərdə Osmanlı imperiyasının ərazisindən köçmüş ermənilər də daxildir. Onların böyük qismi Şimali Qafqazın Qara dəniz sahillərində, digər bir qismi isə keçmiş Adıgey-Çərkəz bölgəsində məskunlaşıblar. Bununla yanaşı ermənilər Stavropol diyarının Kursk bölgəsində və Krasnodar ərazisində, eləcə də Krım və Abxaziyada yerləşiblər.

Ən qarışıq etnik vəziyyət Kuban, Stavropol, Rostov bölgələrində müşahidə olunur. Qeyd edək ki, ermənilər hər zaman Kuban bölgəsini öz tarixi torpaqları kimi görüblər. Buna görə də onlar 1905-ci ildən sonra Krasnodar bölgəsində muxtariyyət axtarmağa başlayıblar. Həmçinin Krasnodar bölgəsi iki əhəmiyyətli liman olan Novorossiysk və Soçi ilə Qara dəniz sahilinə uzandığı üçün ermənilər dənizə açılmaqdan ibarət olan planlarına bir növ yaxınlaşmış olurlar.

 Bu gün Kuban bölgəsinin şəhərlərində ermənilər müxtəlif biznes strukturlarını da idarə edirlər. İdman sahəsində bölgənin ən böyük iki futbol klubu olan “Kuban” və “Krasnodar” da ermənilər tərəfindən idarə olunur. [5]

 Bununla yanaşı ermənilər Soçi, Kislovodsk, Esentuki, Jeleznovodsk, Krasnodar, Stavropol, Armavir, Rostov, Novoçerkassk, Həştərxan və s. kimi kurort şəhərlərinə də yayılıblar.

 Onu da qeyd edək ki, hal-hazırda Stavropol diyarında erməni icmasının milli seqmenti olaraq kilsələr ekstremist təbliğat aparmaqdadırlar. Ermənilər həmçinin Dərbənd və Kizlər ərazilərində də aktiv fəaliyyət göstərirlər. Demək olar ki, elə ilk erməni icması da məhz bu ərazilərdə qurulub.

 Adı çəkilən bölgələrdə tarixən mövcud olduqlarını sübut etmək üçün ermənilər daima müxtəlif iddialar irəli sürürlər. Erməni mənbələri belə qələmə verirlər ki, onlar əvvəl Kırım yarımadasına yayılıblar və daha sonra Türkiyə, İran kimi müxtəlif bölgələrdə yerləşiblər. Görünür İran və Kırım yarımadası artıq o zamanlardan ermənilərin təkəbbürlü planlarının bir hissəsi olub.

 Qeyd edək ki, Qafqaz xalqları arasında ermənilərin sayının artmasına bir növ köçürülmə prosesi səbəb oldu. Bu proses nəticəsində onların siyasi müstəqilliyə dair iddiaları da yaranmağa başladı. Bu da ermənilərə yerli hökumət orqanları nümayəndəliklərində öz namizədliklərini irəli sürmək üçün də imkan yaratmış oldu. Ümumilikdə, XIX-XX əsrdə əsasən (1890-1920-ci illər ərzində) Şimali Qafqazda ermənilərin sayında 2,3 dəfə artım müşahidə olunmuşdur. Əlbəttə ki, onların bu şəkildə Şimali Qafqaz regionuna nüfuz etməsi yerli xalqda da narahatlıq doğurmaqdadır.

 Bu gün ermənilər Rusiya Federasiyasının ən çox qarışıq etnik tərkibə malik olan bölgəsi Dağıstanda da yaşayırlar. Qeyd edək ki, Dağıstanda 100-dən çox etnik qrup yaşayır. Yalnız 30-u yerli xalqdır. Noqaylar, tabasaranlılar, avarlar, dargilər, lezgilər, ağullar, kumuklar, tatlar, ruslar və s. Dağıstanda yaşayan Azərbaycanlılar da bu bölgənin qədim xalqlarındandır. Respublikanın belə qarışıq tərkibə malik olması isə bölgədə yaşayan xalqların dil, din, geyim baxımından da fərqliliklərini ortaya çıxarmış olur.

 2017-ci ilə nəzər salsaq, həmin il ərzində Dağıstanda 531 terror xarakterli hadisə qeydə alınmışdır. Onlardan 373-ü qeyri-qanuni silahlı birləşmələr idi. Bu haqda Dağıstan daxili işlər naziri Abdulrəşid Maqomedov Dağıstan parlamenti sessiyasında məlumat vermişdi. O, qeyd edirdi ki, 2017-ci il ərzində 40 quldur ləğv edildi. 312 döyüşçü və tərəfdaşları nəzarətə alındı. 19 nəfər isə könüllü şəkildə təslim oldu. Həmçinin Dağıstan güc strukturu əməkdaşları respublikada 6 terror – diversiya qrupunu məhv etdi.

 Təqdim olunmuş mənzərə müxtəlif tarixlərdə ermənilərin sözügedən yaşayış məntəqələrinə köçürülməsi və onların bu torpaqlar üzərində artan iddialarını ifadə edir. Qeyd edək ki, onların bu iddiaları yaşadıqları Şimali Qafqaz respublikaları və diyarları üçün də təhlükə doğurmaqdadır.

 Şahnaz Tağıyeva

AMEA Qafqazşünaslıq İnistitutu

Şimali Qafqaz şöbəsi, kiçik elmi işçi

Əlaqəli xəbərlər