İrəvan Avropa İttifaqı ilə Rusiyanın mübarizə meydanına çevrilib

5a76760f658d9dd3c1c17c417f253c45
Ermənistanda payız yaydan daha “isti” olacaq
“Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin regiona səfəri və onun Avropa İttifaqı tərəfindən Ermənistanın  iqtisadiyyatı üçün nəzərəçarpacaq məbləğdə-2.6 milyard avro-maliyyə yardımının ayırması haqqında bəyanat səsləndirməsi birmənalı qarşılanmadı. Mütəxəssislər bunu müxtəlif istiqamətlərdə əsaslandırmağa cəhd etdilər”.
Bu sözləri “Sherg.az”a BDU-nun professoru, politoloq Əlimusa İbrahimov deyib. O, proseslərin inkişafını da təhlil edib:
 “Kimi bunu Avropa İttifaqının Ermənistan qarşısında “günahını yumaq”, kimi ATƏT-in Minsk Qrupunun fəaliyyətini “reanimasiya etmək”, kimi də Avropanın Ermənistan vasitəsi ilə regionda fəaliyyətinin aktivləşdirilməsi üçün atılan addım kimi qiymətləndirdi. Müharibə nəticəsində üzülüb əldən düşmüş iqtisadi və siyasi kollapsla üz-üzə dayanan Ermənistandan başqa region dövlətlərindən heç biri  Avropanın bu hərəkətindən eyforiyaya qapılmadı. Region dövlətləri Ermənistana edilən bu yardımın bölgə üçün heç də istənilən nəticəni verməyəcəyinin fərqindədirlər. Çünki Ermənistan çoxdan özünü region dövlətlərindən təcrid etmiş vəziyyətdə aparır və qonşu dövlətlərin ərazilərini qəsb etmək məqsədi güdməklə inteqrasiya proseslərinə qoşulmaqda maraqlı olmadığını göstərir. Deməli, Avropa İttifaqının Ermənistana maliyyə yardımının onun Ermənistanı region ölkələrinə inteqrasiya etmək cəhdi ilə yanaşı digər məqsədlərinin də həyata keçirilməsində effektli mexanizm rolunu oynamayacağını Brüsseldə başa düşməmiş deyillər. Avropa İttifaqının Ermənistana maliyyə yardımının məhz Rusiyanın əleyhinə yönəldiyini iddia edənlərin bu məsələdə haqlı olduqlarını təsdiq etmək, fikrimcə, daha da məntiqli olardı. Bu yardım məhz Rusiyanın regionda rolunun azaldılmasına və Ermənistanın Rusiyanın nüfuzundan uzaqlaşdırılmasına istiqamətlənib. Çünki Avropa İttifaqı Rusiyanın ətrafında olan ölkələrlə birlikdə şimal qonşumuza qarşı mübarizə aparır. Nəzərə almalıyıq ki, Cənubi Qafqaz Avropa İttifaqı və Rusiya qarşıdurması dairəsinə daxil olan regiondur. Avropa İttifaqı Gürcüstan, Ukrayna, Yunanıstan, Türkiyədəki Rusiya əleyhinə olan qüvvələrin siyahısını Ermənistan vasitəsi ilə daha da genişləndirir”. 
 Ə. İbrahimovun sözlərinə görə, Avropa İttifaqının sözügedən addımı heç də təsadüfi atılmayıb:
“Məlumdur ki, Ermənistanda növbədənkənar parlament seçkilərindən sonra hələ baş nazir kürsüsünə oturmağa imkan tapmamış Nikol Paşinyan Moskvaya çağırıldı. Bu dəvət rəsmi elan olunduğu kimi heç də Ermənistan-Rusiya münasibətlərinin müzakirə olunması üçün həyata keçirilməmişdi. Rusiyanın əsas məqsədi iqtisadi problemlər içində boğulan Paşinyana Rusiyaya tərəf daha da ciddi addımlar atması üçün istiqamət verməkdən ibarət idi. Onun qarşısında maliyyə yardımı qarşılığında Rusiya meylli qüvvələrin hakimiyyətdə təmsil olmasına şərait yaratmaq kimi vəzifə qoyulmuşdu. Bu vəziyyəti başa düşən Avropa İttifaqı öz yardımı ilə Ermənistanın yanına tələsdi və 4 illik 2.6 milyard avro ilə Ermənistanı Rusiyanın məngənəsindən çıxarmağa cəhd etdi. Yaxın gələcək jestlərin nə qədər effektli olduğunu göstərəcək. Artıq Rusiyanın Avropa İttifaqının bu addımını neytrallaşdırmaq istiqamətində tədbirlər görməyə başlaması haqqında xəbərlər gəlməkdədir. Deyəsən, Ermənistanda payız yaydan daha “isti” olacaq”.
 
 
araz.az xəbər portalı.

Böyük Dayaq Partiyası 3-cü binanın jurnalistlərə verilməsi ilə bağlı Prezidentə müraciət etdi

bdp 660x330

Böyük Dayaq Partiyası jurnalistlər üçün inşa edilən  3-cü binanın  məhz media təmsilçilərinə verilməsi ilə bağlı Prezident İlham Əliyevə müraciət  ünvanlayıb. arhəmin

araz.az müraciəti olduğu kimi təqdim edir:

“Cənab Prezident!

Yeni yaradılan və daima dövləti, milli maraqların keşiyində duran siyasi partiya olaraq, Sizə bu müraciəti günümüzün tələbinə uyğun  olduğu səbəbindən edirik. Sizin jurnalistika sahəsinə qayğınız hər zaman olub. Jurnalistlər üçün inşa edilən 3-cü binanın təməlinin qoyulması prosesindəki çıxışınızı bu məqamda xatırlatmaq yerinə düşər:

“Mən yaxşı başa düşürəm ki, jurnalist biznesmen, iş adamı deyil. Jurnalistika ilə məşğul olan insan üçün mənzil almaq o qədər də asan məsələ deyil və dövlət burada həmişə sizin yanınızdadır. Azərbaycan dövləti güclü dövlətdir, sosial dövlətdir. Siz bilirsiniz ki, biz sosial məsələlərin həlli üçün bütün lazımi tədbirləri görürük. Neftin qiymətinin qalxmasına, düşməsinə baxmayaraq, sosial proqramların icrasında heç bir geriləmə, yubanma yoxdur. İkinci binanın tikintisinə dörd il vaxt gedib. Bu üçüncü binanı da biz maksimum üç ilə tikməliyik. Qaldı maliyyə vəsaitinə, burada heç bir problem olmayacaq ki, biz sizinlə tezliklə üçüncü binanın açılışında görüşək”.

Cənab Prezident!

 Hakimiyyətin daxilindəki hansısa qüvvələr öz üstün statuslarından istifadə edərək,  Sizin bu nəcib təşəbbüsünüzə kölgə salmaq istəyirlər. Onlar bir qrup QHT və media rəhbərlərini öyrədərək, Sizin adınıza olan  müraciətə imza atdırıblar. Həmin müraciətdə deyilir ki, 3-cü bina jurnalistlərə yox, şəhid ailələrinə verilsin. Biz bu təklifdə təxribat izləri görürük. Çünki dövlətimiz daima şəhid və qazi ailələrinə dəstəyini əsirgəmir. Onların mənzillə təminatı daima həyata keçirilir. Təbiidir ki, bir bina ilə bu problemi kökündən həll etmək olmaz.  Onda isə bu iki həssas təbəqəni üz-üzə qoymaqda hansı maraq güdülə bilər?

Ən maraqlısı budur ki, Sizə edilən müraciətə imza atan KİV rəhbərlərinin demək olar ki, hamısı imkanlı həyat tərzi sürür. Ölkənin bir neçə yerində mənzilləri, villaları var. Həmin adamlar jurnalistlər üçün tikilən 1-ci və 2-ci binadan evlər alıblar. İndi hansı məntiqlə onlar 3-cü binanın jurnalistlərə verilməsinə qarşı çıxırlar? Müraciətə imza atmaqdan bir gün əvvəl həmin redaktorlar binanın məhz jurnalistlərə verilməsi tələbi ilə gərgin polemikalarda iştirak ediblər və mənzillərin məhz jurnalistlərə verilməsinizn zəruriliyini qeyd ediblər. Belə sürüşkən mövqeli insanların  hansısa təşəbbüslə çıxış etməyə  haqları çatırmı?

Cənab Prezident!

Biz bilirik ki, ölkədə çox ağır şəraitdə yaşayan və mənzillə doğrudan da ehtiyacı olan jurnalistlər var. Əminik ki, Siz bütün bunları nəzərə alıb, 3-cü binanın məhz jurnalistlərə verilməsini öz qərarınızla təsdiq edəssiniz. Əvvəlcədən Sizə öz dərin təşəkkürümüzü bildiririk”.

 

 

araz.az xəbər portalı.

Sürücülərə xəbərdarlıq - Bunu edənləri 500 AZN cərimə gözləyir - VİDEO

polisbkk6

Sayrışan işıqlarını yandıran yanğın söndürən avtomobillər həyacan siqnalı ilə binanın qarşısına gəlir.

Şərti yanğın təlimi Xətai rayonu metronun Həzi Aslanov stansiyasının yaxınlığındakı çoxmərtəbəli binaların qarşısında keçirilib.

Bəzən insanlar yanğınsöndürənləri hadisə yerinə vaxtında çata bilməmələri ilə bağlı tənqid edirlər. Görünən odur ki, bu məsələdə vətəndaşların da məsuliyyəti önəmli rol oynayır.

Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları şəxsi heyətin və xüsusi təyinatlı texnikaların yaşayış kompleksinin həyətinə çata bilməməsini əyani şəkildə göstəriblər.

Xüsusi ilə də çoxmərtəbəli binlarda baş verən yanğın zamanı əhəmiyyətli rol oynayan avto-nərdivan isə ümumiyyətlə şərti yanğın yerinə daxil ola bilmədi.

Mövcud vəziyyətlə bağlı sakinlərin fikirləri birmənalı deyil.

Dövlət Yanğın Nəzarəti Xidmətinin şöbə rəisi Elnur Babayev deyir ki, belə hallar daha çox paytaxtda yaşanır. Dəfələrlə xəbərdarlıq edilsə də nə sakinlər, nə də MTK-rəhbərləri tədbir görürlər.

Qeyd ədək ki, inzibati xətalar məcəlləsinin 536-cı yəni ''Yanğın Təhlükəsizliyi sahəsində qəbul edilmiş qərarın və ya tələbnamənin yerinə yetirilməməsinə'' görə, fiziki şəxslər 70-100, vəzifəli şəxslər isə 350-500 manatadək cərimə edilirlər.

araz.az xəbər portalı.

“Mənzillərimizi şəhid ailələrinə verməyə hazırıq” - Cahangir Məmmədli

modern.az 24.07.2021 1627141510

Bu gün bir qrup media və QHT nümayəndəsi Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə müraciət ünvanlayıb.

Ölkə başçısına müraciət edən şəxslər Bakının Bibiheybət qəsəbəsində jurnalistlər üçün inşa olunan üçüncü binadakı mənzillərin torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərin ailələrinə və qazilərə verilməsini xahiş ediblər.

Müraciətə qoşulanlar sırasında Bakı Dövlət Universitetinin professoru Cahangir Məmmədli də yer alıb.

O, Modern.az-a açıqlamasında bildirib ki, Prezidentə müraciət ünvanlayan media nümayəndələri şəhidlərimiz qarşısında öz borcunu yerinə yetirir:

“Öncə deyim ki, əlbəttə, jurnalistlərimizin böyük hissəsinin mənzilə ehtiyacı var. Amma şəhid sözü müqəddəs anlayışdır. Şəhid sözü olan yerdə hər bir şeydən keçmək lazımdır. Bu istiqamətdə təkliflərdən biri də jurnalistlər üçün nəzərdə tutulan mənzillərin şəhid və qazi ailələrinə verilməsidir. Mən də bu təkliflər çıxış edirəm. Təbii ki, şəhid ailələri kimi jurnalistlərin də yeni mənzillərə ehtiyacı var. Əminəm ki, bu məsələni Prezidentimiz yüksək səviyyədə həll edəcək. Biz şəhid və şəhid ailələrinin qarşısında borcumuzu yerinə yetiririk. Onların qarşısında başımızı əyib deyirik ki, jurnalistlər üçün inşa edilən evləri sizlərə veririk”.

C.Məmmədli hesab edir ki, heç bir jurnalist bu təklifə narazılıq etməz:

“Prezidentimiz bu ilin sonu, gələn ilin ortalarına qədər 3000-ə yaxın şəhid ailəsinə mənzil verilməli olduğunu deyib. Düşünürəm ki, bu məsələdə şəhid ailələrini müqəddəs kimi qəbul edən jurnalistlər mənzillərin onlara verilməsinə ürəkdən razı olacaqlar.

Harada şəhid sözü varsa, ora müqəddəsdir. Şəhid ailəsi mövzusu Azərbaycan mediasında illərlə, əsirlərlə davam edəcək. Onlara öz məhəbbətimizi hər yazımızda göstərdiyimiz kimi, mənzillərimizi də təqdim etməyə hazırıq. Məncə, heç bir jurnalist bu məsələyə narazılıq etməz”.

Fidan İLQAR.

"BİR BİNA ŞƏHİD AİLƏSİ nə deməkdi təsəvvür etmirlər?" - Qabil Abbasoğludan jurnalistlərin binası ilə bağlı qalmaqala şərh

qabil abbasoğlujpg 1627159585

Bir qrup QHT rəhbəri ilə media mənsubunun Bakının Səbail rayonunda jurnalistlər üçün tikilən 3-cü binanın şəhid və qazi ailələrinə verilməsi ilə bağlı ölkə prezidentinə müraciətinə fərqli yanaşmalar var.

araz.az  xəbər verir ki, məsələyə jurnalist Qabil Abbasoğlu da maraqlı şərh verib.

Jurnalistin sözlərinə görə, o bina dövlət vəsaiti ilə tikilib, dövlət kimə istəsə, ona da veriləcək:

"Dövlət əmlakını kimlərə, hansı sosial təbəqəyə, hansı şərtlərlə vermək üçün niyə kimlərinsə müraciətinə ehtiyac olsun ki? O binanı media mənsubları kooperasiya şərtlərilə tikiblər, ya tikilməmişdən kimlərinsə adına mənzil elan olunub ordan? Binanın sahibi dövlətdir, dövlətin belə bir məsləhətə ehtiyacı niyə yaransın ki? Əvvəl bu izah olunmalıdır.

İkincisi, tutaq ki, o bina şəhid ailələrinə verildi. Doğrudanmı, hökumət və o müraciəti imzalamalı olanlar BİR BİNA ŞƏHİD AİLƏSİ nə deməkdi təsəvvür etmirlər? O binadakı aura, psixoloji mühit, posttravmatik stress amili, atasız övladlar, övladsız valideynlər icması... O ailələrin, o uşaqların inteqrasiyası haqda düşünmək lazımdır, onları təcrid edib bir binaya yığmaq yox! Təkcə onu təsəvvür edin, 200-300 ailəlik binada ya ilin 44 günü kütləvi anım, kədər, emosional ton... Ya da hətta növbəylə keçirilsə belə, bu dəfə ilin hər günü anım, kədər, yenə həmin emosional ton...".

Q.Abbasoğlunun sözlərinə görə, bu, dövlət düşüncəsinə aid məsələdir: "Dövlət özü həll etməlidir. Məsələ kiməsə ev verilməsi, yaxud, bir bina artıq, bir bina əskik tikilməsi qədər sadə deyil".

 

 

araz.az xəbər portalı.

1 -dən səhifə 1652

Əlaqəli xəbərlər