"Meşəyə girən mal-qaranı zəhərlə öldür"- Qusarda meşəbəyinə qəribə TAPŞIRIQ

image 750x 60768c4d6647cArtıq bir neçə ildir ki, meşə təsərrüfatlarının inkişafı, yaşıllaşdırma işlərinin aparılması ilə bağlı dövlət proqramları tətbiq olunub. Həmçinin meşə ərazilərində qanunsuz odun qırmaq, mal-qara otarmaq qadağan edilib. 

Elə Qusar rayonun sakini Abuyev Zahid də meşə gözətçisi işləyir, kənd camaatının naxırlarının meşə massivinə ziyan vurmasından şikayətlənir. O, aidiyyati qurumların isə marağında olmamasını, müraciətlərinə baxılmadığını deyir. 

"Qusar Regional Təsərrüfatı İdarəsinin Hin meşəbəyliyinin 7 saylı dolayında işləyirəm. 2013-ci ildən bu günə qədər gözətçi işləmişəm.  Meşəyə qanunsuz olaraq mal-qaranın buraxılmasına görə idarəyə dəfələrlə həm yazılı, həm şifahi müraciət etmişəm. Dünən də müraciət etdim. İdarənin bəzi mütəxəssisləri bildirdi ki, şəkillərini çək. Kənd camaatı naxırlarını buraxıb öz işləri ilə məşğul olurlar, hətta məndən gedib polisə şikayət ediblər. Polislər qanun çərçivəsində insanlara başa saldılar. İdarə məni ortalığa atıb, özləri heç nə etmir" 

Z. Abuyev deyir ki, Qusar Rayon Regional Meşə İdarəsinin rəis müavininə zəng edib, məsələni bildirib: 

"Dünən gecə rəis müavini Rafiq İsgəndərovla danışdım. Bildirdim ki, kəndin bütün naxırı meşə ərazisində olur. O deyəsən sərxoş idi, mənə o təsiri bağışladı. Mənə deyir ki, heyvanları zəhərlə öldür. Cavab olaraq bildirdim ki, mən edə bilmərəm, gəl özün zəhərlə. 168 qaynar xəttinə də zəng edib bildirmişəm. Camaat bir dəfə məni şərlədi, 10 sutka həbs olunmuşam. Camaat çox, mən tək. Belə halda heç nə edə bilmirəm, idarə də imkanlarından istifadə etmir". 

Məsələ ilə bağlı mətbuata danışan Qusar Rayon Regional Meşə İdarəsinin rəis müavini Rafiq İsgəndərov dedi ki, Abuyev yalan danışır, zəhərlə kimi sözlər işlətməmişəm: 

"Həmin ərazinin şöbə müdirinə tapşırmışam. O kəndlərdə naxır yoxdur, şəxslərin boş buraxılan heyvanları olur. İşçilərimiz məşğuldur. Bir neçə dəfə aktlaşdırma aparmışıq. İnzibati tədbirlər də görülüb".

araz.az xəbər portalı.

Əlaqəli xəbərlər