Ölkəmizin Moldovadakı səfiri Qüdsi Osmanov Moldova Elmlər Akademiyasının prezidenti ilə görüşüb

WhatsApp Image 2021 04 14 at 20.05.24

Aprelin 13-də ölkəmizin Moldova Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Qudsi Osmanov Moldova Elmlər Akademiyasının (MEA) prezidenti, akademik İon Tiqineanu ilə “online” formatda görüş keçirib. Səfirlikdən araz.az-a daxil olan məlumata görə, bu görüşdə MEA prezidentinin müavini Viktor Moraru, Sosial elmlər, iqtisadiyyat, hümanitar və incəsənət məsələləri şöbəsinin müdir köməkçisi, professor Aurelian Denile, Tarix İnstitutunun direktoru, professor George Kojokaru, Akademik İdarəetmə və Xarici Əlaqələr şöbəsinin müdiri, elmlər doktoru Tudor Branişte də iştirak ediblər.
Görüş zamanı İ. Tiqineanu MEA-nın pandemiya çərçivəsində fəaliyyəti barədə geniş məlumat verib, koronavirus infeksiyasının yaratdığı çətinliklərə baxmayaraq, müxtəlif ölkələrlə qarşılıqlı əməkdaşlığın davam etdirildiyini bildirib, bu akademiyanın yaradılmasının 60 illiyinə və akademik tipli ilk elmi müəssisələrin yaradılmasının 75-ci ildönümünə həsr olunan "Elm Həftəsi" adlı “online” formatda silsilə tədbirlərin keçiriləcəyini diqqətə çatdıraraq, Azərbaycan tərəfini həmin tədbirlərdə iştiraka dəvət edib.WhatsApp Image 2021 04 14 at 20.05.12
Səfir Qüdsi Osmanov isə, öz növbəsində, ölkələrimiz arasında geniş əməkdaşlıq əlaqələrindən danışıb, bununla bağlı mədəniyyət və elm sahələrində əlaqələrdən söhbət açaraq, Azərbaycanın Milli Elmlər Akademiyası ilə, Moldova Elmlər Akademiyası arasındakı əməkdaşlıq sazişinin əhəmiyyətini xatırladıb. Əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayan səfir, uzun illər ərzində yaşadığımız ortaq tarixi nəzərə alaraq, bu sahədə araşdırmalar aparılması və əməkdaşlıq edilməsinin əhəmiyyətini qeyd edib, hər iki ölkənin akademiyaları nəzdində tarix institutları arasında əməkdaşlıq haqqında müqavilənin imzalanması təşəbbüsünü bildirib.WhatsApp Image 2021 04 14 at 20.05.15
MEA-nın Tarix İnstitutunun direktoru professor G.Kojokaru hər iki quruma fayda gətirəcək Azərbaycandan olan həmkarları ilə əməkdaşlıq müqaviləsi imzalamaq təşəbbüsünü dəstəkləyib, Moldova tədqiqatçıları üçün, Azərbaycanın tarixi keçmişinin araşdırılmasının xüsusi maraq kəsb edəcəyinə əminliyini bildirib.
Bu maraqlı görüşdə, həmçinin, hər iki ölkədəki elmi tədqiqatçıların potensialı, qarşılıqlı təcrübə mübadiləsi imkanları, birgə layihələrdə iştirak üçün tədqiqatçı qrupların yaradılması, o cümlədən beynəlxalq elmi forumlarda iştirak və digər maraq doğuran məsələlər müzakirə edilib.
Bu görüş barədə daha geniş məlumatla, Moldova saytının aşağıdakı linki vasitəsi ilə tanış ola bilərsiniz:

https://www.asm.md/presedintele-asm-avut-o-intrevedere-cu-ambasadorul-extraordinar-si-plenipotentiar-al-republicii

araz.az xəbər portalı.

Əlaqəli xəbərlər