Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsinin bələdiyyə sədri 3 min manat cərimələndi

1618673826 154

Aprelin 16-da Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində məişət və digər qarışıq tulantıların qalaqlanması aşkar edilib.  Bununla bağlı Daxili İşlər Nazirliyindən məlumat verilib. 

Belə ki, aprelin 16-da Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində məişət və digər qarışıq tulantıların qalaqlanması aşkar edilib. Keçirilən müvafiq tədbirlərlə ətraf mühitin mühafizəsinə məsul olan vəzifəli şəxs müəyyən olunub. İnzibati Xətalar Məcəlləsinin 541-ci (ətraf mühitin mühafizəsinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələblərinin yerinə yetirilməməsi) maddəsinin tələblərini pozduğuna görə qəsəbə bələdiyyəsinin sədri Hümbət Hüseynov barəsində 3 000 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq olunub.

zibillik

"Qeyd olunan hallarla bağlı diqqətə çatdırırıq ki, Daxili İşlər Nazirliyinin əməkdaşları hansısa vətəndaşın məsuliyyətə cəlb edilməsində maraqlı deyil. Əsas məqsəd ondan ibarətdir ki, hər bir şəxs üzərinə düşən vəzifədən irəli gələrək hüquq qaydasına əməl etməli, digər şəxslərin hüquqlarına hörmətlə yanaşmalı, ictimai qaydanın qorumasına öz töhfəsini verməlidir", - Nazirlikdən bildirilib.

Bəs, bələdiyyə sədri Hümbət Hüseynov kimdir?

Bələdiyyə sədri Hümbət Hüseynov 1981-1986-cı illərdə Azərbaycan Texniki Universitetinin mexanika fakültəsini, 1994-1999-cu illərdə Moskva Dövlət Sosial Universitetinin hüquq fakültəsini bitirib.

O, 1991-1993-cü illərdə Azərbaycan Texniki Universitetinin dissertantı olub. Texnika elmləri namizədidir. Əmək fəaliyyətinə 1986-1991-ci illərdə Q.Musabəyov adına maşınqayırma zavodunda mühəndis-texnoloq kimi başlamış, sonra büro rəisi vəzifəsində çalışıb.

1993-2000-ci illərdə Xətai Rayon İcra Hakimiyyətində icra başçısının köməkçisi, 2000-2004-cü illərdə Binəqədi Rayon İcra Hakimiyyətində Hüquq şöbəsinin mütəxəssisi, hüquqşünası vəzifələrində çalışıb.

17.12.2004-cü ildə respublikada keçirilmiş II çağırış bələdiyyə seçkilərində iştirak edərək Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinə üzv seçilib.

2006-cı ildən 2009-cu ilədək bələdiyyə sədrinin iqtisadi məsələlər üzrə müavini, sədr əvəzi və sədri vəzifələrinə seçilib.

23.12.2009-cu ildə III çağırış bələdiyyə seçkilərində iştirak edərək təkrarən bələdiyyə üzvü seçilib. 26.01.2010-cu il tarixli bələdiyyə iclasının qərarı ilə bələdiyyə sədri vəzifəsinə seçilib.

23.12.2014-cü ildə yerli özünüidarəetmə orqanlarına keçirilən IV çağırış bələdiyyə seçkilərində iştirak edərək növbəti dəfə bələdiyyə üzvü seçilib. 30.01.2015-ci il tarixli bələdiyyə iclasının qərarı ilə bələdiyyə sədri vəzifəsinə seçilib.

06.09.2012-ci ildə və 23.04.2015-ci ildə növbəti dəfə Azərbaycan Qəsəbə Bələdiyyələri Milli Assosiasiyasının sədri seçilib. Eyni zamanda, Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin Azərbaycan üzrə daimi nümayəndəsidir.

Yeni Azərbaycan Partiyasının üzvüdür. YAP Binəqədi rayon təşkilatının Siyasi Şurasının üzvüdür. YAP-ın M.Ə.Rəsulzadə bələdiyyəsi üzrə ərazi ilk partiya təşkilatının sədridir.

 

 

araz.az

Əlaqəli xəbərlər