DQİDK-nin Masallı üzrə nümayəndəsindən tərbiyəsiz hərəkət - Masallıda vəhabi məscidi var?

1620142481 3

Bir neçə aydır ki, Masallı rayonu Ərkivan qəsəbəsində yaşayan inanclı insanların narazılığına səbəb olan bir məsələ var.

Bu gün həmin məsələ ilə bağlı öz feyzbuk hesabımda aşağıdakı paylaşımı etdim:

“Masallıda vəhabi məscidi var?
İlin digər ayları namaz qılmayanlar da bu rəhmət ayında oruc tutur, ibadət edirlər. Şəri hökmə əsasən orucun vaxtı Sübh azanından Məğrib azanınadəkdir. Yəni sübh azanı verildikdən sonra yeyib-içmək olmaz. Məğrib azanı verildikdə isə oruc açılmalıdır.
Özünü müsəlman sayan, lakin müqəddəs dinimizə ləkə olan Vəhabilər isə azanı bizdən 15-20 dəqiqə əvvəl verirlər. Onlar həmçinin Ramazan ayında orucu da tez açırlar.
Son vaxtlar, xüsusən də Müqəddəs Ramazan ayında Masallı rayonunda inanclı əhali arasında çaşqınlıq yaranıb. Belə ki, azan müxtəlif vaxtlarda verilir və bu da əhalinin haqlı narazılığına səbəb olur.
Azanın biri indi verilirsə, digəri 10 dəqiqə sonra, əksər məscidlər isə birinci azandan 15 dəqiqə sonra Qafqaz Müsəlmanları İdarəsinin təyin etdiyi vaxtda verir.
Adiyyatı qurumların bu işdən xəbəri yoxdur, yoxsa həqiqətən də Masallıda vəhabi məscidləri fəaliyyət göstərir?
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı üzrə regional şöbəsi, Qafqaz Müsəlmanları İdarəsinin Masallı rayonu üzrə səlahiyyətli nümayəndəsi nə işlə məşğul olur ki, belə aktual işə bir əncam çəkə bilmirlər?!”


Bu statusu yazandan az sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı üzrə regional şöbəsinin müdiri Miryəhya Bədirov mənə zəng vuraraq, onunla məsləhətləşmədən belə xəbər yazdığım üçün məni danlamağa başladı. O, bildirdi ki, “sən şou yaradırsan, get işinlə məşğul ol. Hansı məscidin nə vaxt azan verməsi sənə qalmayıb”. Sonra, məni məhkəməyə verəcəyini bildirərək, paylaşdığım postu silməyimi tələb etdi. Mən statusu silməyəcəyimi, xəbəri saytda da dərc edəcəyimi bildirdikdə, Miryəhya Bədirov burada yazmağın etik olmadığı tərzdə məni təhqir edərək telefonu qapatdı.
DQİDK-nin Masallı üzrə nümayəndəsindən tərbiyəsiz hərəkət - Masallıda vəhabi məscidi var?
Miryəhya Bədirov
Vallah məətəl qalmışam, adi etik davranışı bacarmayan, pozğun söyüşlərlə danışan birini haradan tapıb Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı üzrə regional şöbəsinin müdir qoyublar. Yəni, Masallıda bir təqvalı, əxlaqlı, tərbiyəli, mədəni adam yoxdur ki, bu idarəyə rəhbərlik etsin!?
Belə çıxır ki, Masallıda həqiqətəndə vəhabi məscidləri var və onlara “day-day”lıq Miryəhya Bədirov edir.

Cəfər CƏFƏROV,

Asiya.az

Əlaqəli xəbərlər