"Space"in yeni rəhbərindən ilk - Açıqlama

ulviyye mikayilovajpg 1620201859

Xəbər verdiyimiz kimi, Ülviyyə Mikayılova "Space" teleradio şirkətinə yeni rəhbər təyin olunub.

araz.az-ın məlumatına görə, Ülviyyə Mikayılova Unikal.org-a açıqlamasında bildirib ki, artıq kollektivə təqdim olunub:

"Məni kollektivə MTRŞ-nın sədri İsmət Səttarov təqdim etdi. Təqdimatda da kollektivə bildirdim ki, "Space" maarifləndirici televiziya olmalıdır. Sabahdan etibarən kollektivlə tanış olacam. İslahatların və yeni təyinatların olacağı ilə bağlı hələ ki, indidən nəsə deyə bilmərəm".

 

 

araz.az

Əlaqəli xəbərlər