«TRİBUNA» HEYDƏR ƏLİYEV FONDUNUN İLDÖNÜMÜNƏ HƏSR OLUNMUŞ MARAQLI MƏQALƏ DƏRC EDİB

WhatsApp Image 2021 05 11 at 17.08.42

Moldovanın böyük oxucu auditoriyasına malik nüfuzlu «TRİBUNA» informasiya portalı Heydər Əliyev Fondunun ildönümünə həsr olunmuş maraqlı məqalə dərc edib. Məqalənin müəllifi Moldova Demokrat Partiyasının lideri, deputat Dmitri Dyakovdur.

Bu barədə, Azərbaycanın Moldovadakı Səfirliyindən araz.az-a daxil olan məlumatda deyilir ki, partiya lideri öz məqaləsində, öncə, Heydər Əliyev Fondunun, 17 il əvvəl, Ümummilli Liderin doğum günündə yaradıldığını və ötən bu müddət ərzində, Azərbaycanın ictimai-siyasi həyatında mühüm rol oynadığını qeyd edib.

Deputat sonra məqaləsində Heydər Əliyev Fondunun, öz Prezidentinin, UNESCO və ISESCO-nun Xoşməramlı Səfiri, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın misilsiz rəhbərliyi altında və şəxsi xidmətləri sayəsində genişmiqyaslı ölçüyəgəlməz fəaliyyət əldə etdiyini, beynəlxalq səviyyədə yüksək nüfuz və böyük uğurlar qazandığını xüsusi vurğulayıb.


«Humanizm və mərhəmət, yüksək peşəkarlıq və fədakarlıq, böyük təşkilati istedad və idarəetmə təcrübəsi Mehriban Əliyevaya həm Azərbaycanda, həm də xaricdə böyük hörmət qazandırıb. Prezident İlham Əliyev cənablarının etibarlı silahdaşı olan Mehriban xanım Əliyeva ölkəsinin çiçəklənməsinə və inkişafına misilsiz dərəcədə böyük töhfələr verir. Təsadüfi deyil ki, onun fəaliyyəti yüksək dövlət və beynəlxalq mükafatları ilə qiymətləndirilmişdir», -- Dmitri Dyakov məqaləsində yazıb. Bunlardan əlavə, moldovalı millət vəkili öz yazısında, Fondun həyata keçirdiyi beynəlxalq layihələrdən də söz açıb. Məqaləsinin bu yerində, Moldovanın Qaqauziya ərazisində Fond tərəfindən inşa edilən Mədəniyyət və Təhsil Mərkəzində işlərinin necə yüksək səviyyədə başa çatdırıldığına toxunub. O, bu möhtəşəm layihənin, Moldova ilə Azərbaycan arasında getdikcə inkişaf edən humanitar əlaqələrin vacib tərkib hissəsi olacağına əminliyini də ifadə edib.
Məqaləsinin sonunda, Dmitri Dyakov, ötən il Azərbaycanın ərazi bütövlüyünü bərpa edərək, tarixi ədaləti bərqərar etdiyindən, azad edilmiş ərazilərdə böyük təmir, bərpa və inşa işlərinin aparıldığından da ətraflı bəhs edib. Bu böyük işlərdə Heydər Əliyev Fondunun əvəzolunmaz roluna da toxunub. Fondun və şəxsən Mehriban Əliyevanın əvəzsiz töhfələri nəticəsində, mənfur düşmən tərəfindən Azərbaycanın Qarabağ ərazisində dağıdılan dini və mədəniyyət abidələrinin, qədim memarlıq tikililərinin ikinci həyat tapacaqlarına tam əminliyini vurğulayıb.

Yeri gəlmişkən, onu da bildirmək istəyirik ki, məqalə müəllifi 1998 -- 2001-ci illərdə Moldova Parlamentinin spikeri vəzifəsini tutub. 2009-cu ildən Moldova Demokrat Partiyasının fəxri sədridir. Hal-hazırda, həm də Moldova Parlamentində Demokrat Partiyasının fraksiya rəhbəridir.

Onu da bildirmək istəyirik ki, deputatın bu maraqlı məqaləsi Moldovanın digər informasiya saytlarında da dərc olunub.
Məqalə ilə daha ətraflı, aşağıdakı linklərdən də tanış olmaq mümkündür:

https://tribuna.md/ru/2021/05/10/ru-к-годовщине-фонда-гейдара-алиева/

https://noi.md/ru/obshhestvo/diyakov-dostizheniya-fonda-gejdara-alieva-i-lichnaya-roli-mehriban-alievoj-v-zhizni-sovremennogo-azerbajdzhana-besprecedentny?prev=1

araz.az xəbər portalı.

Əlaqəli xəbərlər