Zəngəzurda növbəti danışıqlar bitdi: Azərbaycan tərəfi...

azerbaycan ermenistan post

İşıqlı Qaragöl ətrafında bu gün saat 14:00-da başlayan görüş başa çatıb.

araz.az "MediaPort"a istinadən xəbər verir ki, bunu Goris bələdiyyə sədrinin müavini Menua Hovsepyan deyib.

O bildirib ki, Azərbaycan tərəfi bəzi şərtlər irəli sürüb. Danışıqlar 2 gün ərzində davam edəcək.

Məlumata görə, görüşdə Azərbaycan-Ermənistan Silahlı Qüvvələrinin təmsilçiləri və Qarabağdakı Rusiya sülhməramlılarının komandanı general-leytenant Rüstəm Muradov iştirak edib.

Bildirək ki, İşıqlı Qaragöl Laçın və Gorus rayonu arasında yerləşir, 1987-ci ilin 17 oktyabrında Azərbaycan və Ermənistan SSR-in birgə qərarı ilə yaradılmış Qaragöl Dövlət Təbiət Qoruğuna daxildir. Ermənistan Laçını işğal etdikdən sonra dövlət sərhədini irəli çəkib, indi Azərbaycan dövlət sərhədini bərpa edir.

 

 

araz.az

Əlaqəli xəbərlər