Həbs edilən gömrük çetebaşısı kimdir və gücünü kimdən alırdı : Səfər Mehdiyev istefa ərizəsi yazacaqmı?

1621271422 unnamed

Baş prokuror yanında Korrupsiya qarşı Mübarizə Baş İdarəsinin Bakı Baş Gömrük İdarəsində apardığı əməliyyatın bəzi ayrıntıları barədə məlumatlar almışıq.

Ovqat.com-un məlumatına görə, keçirilən əməliyyat nəticəsində ən azı 4 nəfərin göz altına alınıb.

Onlar rüşvət alarkən yaxalanıblar və dəstəyə Mirzəyev Elmar Dilavər oğlu adlı şəxs rəhbərlik edib. Həbs olunan gömrükçünün DİN Daxili Təhqiqatlar İdarəsinin rəisi, polis general-mayoru Sahib Mirzəyevin yaxın qohumu olduğu bildirilsə də, bu faktı dəqiqləşdirə bilmədik. Ümidvarıq ki, rəsmi qurumlarımız sözügedən iddiaya aydınlıq gətirməyə çalışacaq və gömrükdəki rüşvət çetesinin kimdən ilham və güc aldığını aydınlaşdıracaq.

Hələlik isə bizi maraqlandıran bir başqa nüans var. Bildiyimiz ki, bir neçə il əvvəl Dövlət Gömrük Komitəsinin sədri general-polkovnik Səfər Mehdiyev and-aman edirdi ki, bu qurumda rüşvətin kökü kəsilib. Əgər kimsə rüşvət faktını ortaya qoysa, o, üzüsulu istefaya gedəcək. İndisə Səfər müəllimin istisna etdiyi faktı hər hansı kimsə yox, korrupsiya və rüşvətxorluq barədə son sözü deyə biləcək dövlət qurumu ortaya çıxardı. Bəs Səfər Mehdiyev xalq qarşısında verdiyi sözə əməl edəcəkmi? Yoxsa o, belə kiçik “hörmətləri” rüşvətxorluq saymır?

Ovqat.com

Əlaqəli xəbərlər