Dövlət Komitəsinin sədri yalan məlumat yaydı, ifşa olundu-Fotofakt

198163110 1455949464757023 8646211060067399845 njpg 1623329032Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlının çətin duruma düşüb.

Bakıvaxtı.az xəbər verir ki, yalan məlumat yayan Komitə və onun sədri ifşa olunub və məlumat dərhal silinib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının və Komitənin  “Facebook” hesabında, həmçinin Komitənin rəsmi saytında “DQİDK sədri Mübariz Qurbanlının məqaləsi ABŞ-ın nüfuzlu xəbər saytında yayımlanıb” başlqılı xəbər paylaşılıb.

İnternetdə aparılan kiçik araşdırma nəticəsində bəlli olub ki, Dövlət Komitəsini nüfuzlu dediyi “The Washington Outsider” (thewo.us) adlı saytın cəmi 2 gün əvvəl fəaliyyətə başlayıb.

Mübariz Qurbanlı Azərbaycan ictimaiyyətini aldadır? Ya Komitənin işçiləri Mübariz Qurbanlını aldadır?

2021-ci ilin iyun ayında fəaliyyətə başlayan “thewo.us” adlı saytda əsasən Azərbaycanla bağlı yazılar yayımlanır.

Məsələ ilə bağlı Dövlət Komitəsinə sorğu ilə müraciət olunub. Hazırda “DQİDK sədri Mübariz Qurbanlının məqaləsi ABŞ-ın nüfuzlu xəbər saytında yayımlanıb” başlıqlı xəbər Dövlət Komitəsinin və Mübariz Qurbanlı media resurslarından silinib.

Ramid İBRAHİMOV.





Əlaqəli xəbərlər