DVC və "Aqrar İnkişaf Könüllüləri" Təşkilatı arasında memorandum imzalanıb

WhatsApp Image 2021 06 21 at 11.42.07

"Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyi (DVC) və "Aqrar İnkişaf Könüllüləri İnkişafı" Təşkilatı arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Təşkilatdan araz.az-a daxil olan məlumata görə, memorandumu "Vətəndaş Cəmiyyətində Debat" İB-nin sədri Ülviyyə Axundova və "Aqrar İnkişaf Könüllüləri" Təşkilatının sədri Kamran Əliyev imzalayıb.WhatsApp Image 2021 06 21 at 11.40.33
Memorandum tərəfdaşlar arasında birgə layihə və proqramların həyata keçirilməsi, iş təcrübəsinin öyrənilməsi məqsədilə DVC-nin aparıcı proqramlarından olan Milli Debat Proqramı çərçivəsində aqrar sahə üzrə debat yarışlarının, forumlarının, regionlarda fəaliyyət göstərən könüllülərin səlis nitq və fikri ifadə etmək bacarığının formalaşdırılmasına yönəldilmiş proqramların keçirilməsini nəzərdə tutur.WhatsApp Image 2021 06 21 at 11.40.34
“Aqrar İnkişaf Könüllüləri” Təşkilatının əsas məqsədi aqrar sahənin inkişafı üçün çalışan könüllü cəmiyyətini formalaşdırılması, informasiya texnologiyaları üzrə könüllülərin təşəbbüslərinin dəstəklənməsi, o cümlədən, asudə vaxtlarının səmərəli inkişaf etdiririlməsi üçün birgə konfranslar, simpoziumlar, sərgilər və fəaliyyət istiqamətinə uyğun olaraq tədbirlərin keçirilməsi, gənclərin təcrübəli mütəxəssis kimi yetişməsinə bilavasitə təsir göstərir.WhatsApp Image 2021 06 21 at 11.40.34 1
"Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyi (DVC) fəaliyyətdə olduğu 20 il ərzində yerli və beynəlxalq biznes strukturları, dövlət qurumları, eləcə də beynəlxalq təşkilatlarla əməkdaşlıq edir. DVC-nin qabaqcıl proqramlarından biri olan Milli Debat Proqramı debat metodologiyası vasitəsi ilə gənclərin və yeniyetmələrin fərdi inkişafına və maariflənməsinə yönələn ölkə səviyyəli proqramdır.WhatsApp Image 2021 06 21 at 11.40.33 1

Proqram respublikanın 45 rayonunu və bütün böyük şəhərləri əhatə etməklə, 12 regional debat mərkəzini, ali və orta təhsil müəssisələrində yaradılmış debat klublarını özündə birləşdirir.WhatsApp Image 2021 06 21 at 11.40.32

 

araz az xəbər portalı.

Əlaqəli xəbərlər