"Azərbaycanın ərazi bütövlüyünün tanınması "Artsax"ın məhvi deməkdir" - ABOVYAN

Aram Abovyan“Səlahiyyətlilər demarkasiya, delimitasiya və Sünik vasitəsi ilə türklərə və azərbaycanlılara logistika keçidinin verilməsi baxımından hipotetik “faydalar” haqqında fasiləsiz danışırlar.

Bütün bunlar yalandır və səlahiyyətlilər bu macəranın Ermənistan üçün ölümcül risklərini səsləndirməməyə çalışaraq məlumatları çox məharətlə manipulyasiya edirlər”.

KONKRET.az xəbər verir ki, bu fikirləri politoloq Arman Abovyan bildirib.

Onun sözlərinə görə, “Ermənistan yetkililəri səssiz və ya açıq şəkildə yalan danışsalar, hakimiyyətin düşmənlərin şərtlərini alçaqcasına yerinə yetirmək cəhdinin bütün risklərini çox ardıcıl olaraq açıqlayacağıq”.

O, ictimaiyyətə müraciət edərək vətəndaşları daha diqqətli olmağa çağırıb:

“Baxın, “demarkasiya və delimitasiya” mürəkkəb sözlərinin arxasında sərhədlərin tamamilə tanınması və nəticədə demarkasiyanın aparıldığı ölkənin ərazi bütövlüyünün qaçılmaz tanınması dayanır.

Səlahiyyətlilər sizə nə qədər yalan danışsalar da, sizi əksinə inandırmağa çalışsalar da, demarkasiya prosesi “Artsax Respublikası”nın hüquqi cəhətdən qanuni şəkildə məhv edilməsi deməkdir.

Yəni Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır, bu isə Ermənistanın “Artsax”ı Azərbaycanın bir hissəsi kimi tanıması deməkdir”.

Rəsmiyyə ŞƏRİFOVA,

KONKRET.az

Əlaqəli xəbərlər