Vəkil Əziz Qənbərov: "Aqil Məmmədov kimi deputat olmaqdansa, çobançılıq daha yaxşıdır"

1627737262 879
 
"Aqil Məmmədov kimi deputat olmaqdansa, çobançılıq daha yaxşıdır. İnanın ki, səmimiyəm." Bunu bir neçə gün öncə tanınmış vəkil Əziz Qənbərov öz facebook profilində yazıb.
Vəkil Əziz Qənbərov bildirib ki, bunun səbəb çoxdur ancaq hələlik birini deyim Sizlər də bilin: 

"Deməli bir nəfər Kəlbəcərli Şəhidimizə (Allah rəhmət eləsin) Şəhid statusu verilmir. Aqil Məmmədov da deyir ki, köməklik edəcəm Şəhid statusu verilsin. Kömək nədən ibarətdir, Aqil Məmmədov işi məhkəməyə verilməsi üçün məsləhət verib, Şəhid ailəsinin məhkəmə xərclərini qarşılayacaq. Və deyib ki, məhkəmədən də xahiş edəcək ki, bu barədə qərar qəbul etsin.


Nəyə görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Müdafiə Nazirliyinin qanunsuz hərəkətlərini (hərəkətsizliyini) Milli Məclisdə, mətbuatda işıqlandırmırsan ay həzrəti deputatımız? Gözükölgəli işin var, ona görə danışa bilmirsən? Hüququ pozulmuş seçicini müdafiə etməkdə acizsənsə, nə deyə o mandatı zəbt etmisən?"

Sonda vəkil Əziz Qənbərov öz facebookda onu qeyd edib ki, kiminsə qabağında qoyun olub “yüksəlməkdənsə”, bir dəstə qoyunun qabağında çoban olmaq yaxşıdır.
Vəkil Əziz Qənbərovun ictimailəşdirdiyi məsələ ilə bağlı Kəlbəcər rayonun deputatı Aqil Məmmədovla əlaqə saxlamağa çalışsaqda, bu mümkün olmadı. Qarşı tərəf kimi adları çəkilən şəxslərində münasibətin ictimailəşdirməyə hazırıq.

Azər MƏTİN

Əlaqəli xəbərlər